Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

1 il və 1 ilə sığmayacaq qədər möhtəşəm fəaliyyət yolu.

1 il və 1 ilə sığmayacaq qədər möhtəşəm fəaliyyət yolu.
5-03-2022, 08:18 658 dəfə baxılıb

Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayından artğ 1 il ötür.
1 il..və 1 ilə sığmayacaq qədər möhtəşəm fəaliyyət yolu.
Ölkə başçımız,Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev  VII qurultay zamanı qeyd etdiyi, vurğuladığı hər bir cümlə, hər bir söz, hər bir fraza böyük layihələrin  reallaşmasına xidmət edən fikirlər idi.
“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” – deyən Cənab  Prezidentimiz İlham Əliyev  bu fikirləri ilə günü- gündən yenilənən və sıraları genişlənən Yeni Azərbaycan Partiyasının daha mükəmməl gələcəyinin sxemini qurmuş oldu.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin ölkədə apardığı  islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Və bunun bariz nümunəsi kimi partiyamızda aparılılan yenilənmələri qeyd edə bilərik.
Təməli Dahi Ulu Öndərimiz, Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi  Heydər Əlirza oğlu Əliyev tərəfindən  qoyulmuş  Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi.
Bu ideoloji yolun layigli davamçısı olan Cənab Prezidentimizin də fəaliyyətinin əsas prioriteti Yeni Azərbaycan Partiyasının Azərbaycanımizin gözəl rifahında möhtəşəm imzasının olmasıdır.
Hər kəsə məlum olduğu kimi biz bu məqsədin ən bariz nümunələrini 44 gün davam edən Vətən savaşı zamanı gördük.Və  danılmazdır ki,  Qələbə çalan Azərbycanımızın, siyasi Partiyalrı da qalib prtiya kimi məhz Yeni Azərbaycan Partiyasının ətrfında sıx birləşmisdilər.Hamının bir məqədi var idi.Birlik nümayişi ilə böyük və möhtəşəm qələbəyə!
Allaha şükürlər olsun ki bu məqsədimiz öz məcrasına doğru yol aldı və bu gün bu sözləri aad, qalib ölkənin vətəndaşları olaraq vurğulayırıq.
Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri İsə effektiv nəticələrin əldə olunması naminə Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.
Yeni idarəetmə modelini özündə ehtiva edən Yeni Azərbaycan Partiyası VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir. Bu inkişaf istiqamətində hörmətli Mehriban xanım Əliyevanın da danılmaz xidmətləri vardır. 
Arzularımızın reallığına çevrilən Yeni Azərbaycan Partiyası və onun sıralarına toplaşan məsləkdşlar  birlik nümayişi ilə çox böyük uğurlara imza atacaqdır.Biz buna inanırıq.
Çünki bu partiya sıralarında irəliləyən bütün məslək sahiblərinin yolunda Dahi Heydər Əliyev xeyir-duası vardır! 
Ruhun şad olsun Ulu Öndərim!
Sənin şah əsərin olan Yeni Azərbaycan Partiyası həqiqətən də dünənin, bu günün və gələcəyin partiysı kimi özünü doğrultdu.Biz fəxr edirik ki, yolumuz Yeni Azərbaycan Partiyasının işığına bürünmüşdür.
Yolumuz açıq olsun!

Nəhayət Şirinova 
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə  rəhbəri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI