13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
26 Fevral Xocalı Soyqırımından 30 il ötür
26 Fevral Azərbaycan xalqının həyat yoluna yazılmış qan donduran bir Soyqırım faktının tarixidir.
Bəşər tarixində insana və insanlığa qarşı törədilmiş ən amansız, ən qəddar cinayət hadisələrindən biri 26 fevral Xocalı Soyqırımından 30 il ötür.
"Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamlı və ən qanlı səhifəsidir".
Ümummilli lider Heydər Əliyev
1992-ci ci il fevral ayının 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəvi hadisələrindən biri baş verdi. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın əsgərləri ilə birlikdə tarixi Azərbaycan şəhəri olan Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırım törətdilər. Rəsmi məlumata görə Xocalı soyqırımı zamanı 613 dinc əhali, 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi.
Xocalı faciəsinin qurbanlarının yad edilməsi haqqında ilk dəfə Ümummilli lider Heydər Əliyevin təklifi ilə Milli Məslis Xocalı soyqırımı günü haqqında qərar qəbul etmiş, bu qərarda hadisəni törədənlər və səbəbləri barədə məlumatlar öz əksini tapmışdır.. Ümummili lider Heydər Əliyevin 1997 - ci il 25 fevral tarixli sərəncamı ilə hər il 26 fevral saat 17:00 da Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Azərbaycan Respublikası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün mühüm addımlar atmışdır. 2008 - ci ildə Heydər Əliyev fondununn vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalıya Ədalət kampaniyası başlatmış və hal-hazırda İslam Əməkdaşlıq təşkilatı, Əfqanıstan, İndoneziya, Bosniya və Herseqovina, Honduras, Panama, Peru, Sudan, Cibuti Qvatemala, Paraqvay, Sloveniya, Çex Respublikası, Kolumbiya, Meksika kimi dövlətlər, o cümlədən ABŞ 20 - dən artıq ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir.
2008 ci il fevral ayının 26 da Bakı şəhərində, Xətai rayonunun Xətayi metrosunun yaxınlığında Xocalı soyqırımında həlak olanların xatirəsinə tikilmiş ana harayı abidəsinin açılışı olmuşdur. 29 yanvar 2022 ci ildə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı möhtərəm İlham Əliyev cənabları Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar sərancam imzalamışdır.
Xalqımız bu dəşətli tarixi heç bir zaman unutmayacaqdır.
Bu Soyqırımın dünyaya tanıdılması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.
Allah Xocalı qurbanlarına rəhmət etsin.
Müqəddəs ruhları qarşısında baş əyərik.
Kamran Orucov
"Vətənim-Azərbaycandır.az" xəbər portalının təsisçisi və baş redaktoru