Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Abşeronda Xocalı soyqırımının 30-cu ildönümü qeyd edildi - Fotolar

Abşeronda Xocalı soyqırımının 30-cu ildönümü qeyd edildi - Fotolar
25-02-2022, 19:07 200 dəfə baxılıb

Abşeron rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, iştirakçılar əvvəlcə məktəblilər tərəfindən Xocalı faciəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Günahsız soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni qəsibkarları Azərbaycan xalqına qarşı misli görünməmiş faciə yaşadıblar. RİH başçısı soyqırıma hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ulu Öndərin sayəsində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı qətliam soyqırım faktı kimi təsbit olunub.
RİH başçısı bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb və bir çox dövlətlər tərəfindən Xocalıda baş verənləri soyqırım kimi tanınıb.
Sonda Abşeron Mədəniyyət Evinin incəsənət nümayəndələrinin hazırladığı və Xocalı soyqırımını özündə ehtiva edən bədii kompozisiya nümayiş etdirilib.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI