Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“İnkişaf və Rifah Naminə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“İnkişaf və Rifah Naminə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb
19-02-2022, 21:51 318 dəfə baxılıb

“İnkişaf və Rifah Naminə” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə  “İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. 

Layihəninin əsas məqsədi işğaldan azad edilən ərazilərdə könüllü və sürətli məkunlaşma siyasətinin dəstəklənməsi, bu istiqamətdə mövcud olan narahatlıqların qərarverməyə təsirinin azaldılmasıdır.

Layihə çərçivəsində İmişli və Füzuli rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində seçilmiş 2 rayonda (İmişli və Füzuli rayonları) maarifləndirici xarakterli görüş keçiriləcəkdir. Hər tədbirdə ən az 20 qaçqın statusu olan vətəndaş təmsil olunacaqdır. Görüşün birinci hissəsi marifləndirici materialın təqdimatı ilə, ikinci hissəsi isə müzakirələr və ünvanlanan sualların cavablandırılmasından ibarət olacaqdır. Layihə 3 ay davam edəcəkdir. 

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI