Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Xocalı Genosidinə - Ədalətli Baxış” mövzusunda tədbirlərin təşkili layihəsinə start verildi.

“Xocalı Genosidinə - Ədalətli Baxış” mövzusunda tədbirlərin təşkili layihəsinə start verildi.
16-02-2022, 08:59 277 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin yad edilməsi və faciənin 30-cu ildönümü ilə bağlı 28 yanvar 2022-ci il tarixli sərəncam imzalamışdır. Bu məqsədlə bir çox xarici ölkələrdə də Xocalı –Genosidi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi tərəfindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 25 fevral 2022-ci il tarixində  keciriləçək “Xocalı Genosidinə - Ədalətli Baxış” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verilmişdir. Layihənin məqsədi: Xocalı Genosidi zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində  anadan olmuş, uzun illər bu ölkədə yaşayan soydaşlarımızın və yerli ictimaiyyət nümayəndələrinə məlumat vermək və bu barədə tədbirlər təşkil etməkdir. Layihə  Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan soydaşlarımızı, tələbə gənclərimizi və yerli ictimaiyyət nümayəndələrini əhatə edəcək.Tədbirdə əvvəlcə Xocalı soyqırımını əks etdirən qısa metrajlı sənədli video-film nümayiş olunacaqdır. Tədbirdə layihənin rəhbəri, politoloq Tofiq Əli-zadə və AMEA-nın şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Xocalı Genosidi barədə tutarlı və tarixi faktlarla cıxış edəcəklər. Deyiləcək ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Son illərdə də haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmişdir. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Düşünürük ki, Xocalı Genosidinə hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı Genosidini unutmamalıdır.
Tofiq Əlizadə 
"Vətənim-Azərbaycandır.az"

 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI