19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
ELİN SƏSİ İBnin Elm,Özünü İnkişaf və Sağlam karyera mövzusunda Azərkitabda tədbir kecirilmişdir
Bu gün “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi və AMEA-nın Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə "Elm, Özünü inkişaf və Sağlam karyera" mövzusunda növbəti Master Class keçirildi. Tədbiri ilk öncə giriş sözü ilə İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq iştirakçıları salamladı. İctimai birliyin bu istiqamətdə apardığı maarifləndirici tədbirlər haqqında məlumat verdi. O bildirdi ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin milli ruhda yetişməsi, şəxsiyyət kimi formalaşması, öz tarixi köklərinə, mədəni və mənəvi dəyərlərimizə sahib çıxmaları mühüm məsələlərdən biridir. Bu baxımdan bugünkü master class böyük əhəmiyyətə malikdir. Sonra söz, AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, təlimçi Bayram Quliyevə verildi. İlk öncə Dr. B.Quliyev gənclərə elmin önəmindən, zamanın səmərəli şəkildə dəyərləndirilməsindən, cəmiyyətdə öz yerinin müəyyənləşməsi istiqamətlərindən danışdı. Həmçinin gənc alim insanın bioloji varlıq olması, fərdlərin psixologiyaları, reallıqlar və insan potensialı arasındakı paralelliyin müəyyən edilməsi haqqında geniş məlumat verdi. Eyni zamanda iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırdı. Sonda İctimai birliyin idarə heyətinin üzvü şərqşünas-alim Əli Rzazadə gənclərə göstərdikləri maraq və fəallıqları üçün dərin minnətdarlığı bildirdi və bu master classların davamlı olmasını qeyd etdi. Tədbirin yekununda master classda fəal iştirak etmiş iştirakçılar təlimçi tərəfindən mükafatlandırıldı.?☺️?Komandamıza təşəkkürlər?
#hərşeygənclərüçün
#hərşeyvətənüçün
#bizbirlikdəgüclüyük♥️
Çinarə Cənnətova
"Vətənim-Azərbaycandır.az"