Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev mərkəzində, Azərbaycanın
xalq artisti Şərəf,Şöhrət və 1 ci dərəcəli Əmək ordenli professor mərhum
Canəli Əkbərovun xatirə gecəsi təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə
acan,Yasamal rayon Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi
Azər Zeynalzadə bildirdi ki, Muğamlarımız əsrlərin içindən bizə gəlib
çıxan milli sərvətimizdir.Muğam mənəvi kamillik yoludur. İnsan
duyğularının mübhəm çalarlarını aşkar edən muğam gündəlik məişətdən
tutmuş, kainatın qanunlarınadək hər şeyi özündə əks etdirir. Onunla
bircə təmasla Hamısıahın hər şeydə var olduğunu dərk edirsən. . Daha sonra
söz,”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin
prezidenti Tofiq Əli-zadəyə verildi. Tofiq Əli-zadə bildirdi ki. xalq
artisti,xanaəndə, professor,Canəli Əkbərov opera və teatr səhnəsində də
bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov-
“Leyli və Məcnun”),Şah İsmayıl (M.Maqomayev-“Şah İsmayıl”), Aşıq
qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) və başqa operalarda özünə məxsus və
yadda qalan obrazlar yaratmış daha sonralar,ömrünün sonlarına qədər
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin“Muğam
Sənəti”kafedrasının müdiri vəzifəsində çalışmışdır.Canəli
Əkbərovun,Azərbaycan muğam sənətinin bu günkü inkişafında
xidmətləri cox böyük olmuşdur. Belə ki ,o 1960 cı illərdən başlayaraq,
müəllimləri olmuş, Seyid Şuşalı və Xan Şuşalıdan milli muğam
sənətinin qayda-qanunlarını mənimsəyərək,öz ifaçılıq qabiliyyətini
daima təkmilləşdirmiş, dünyanın bir cox ölkələrində Azərbaycan mugam
ifaçılığı mədəniyyətini layiqincə təbliğ etmiş,beynəlxaq muğam
festifallarında böyük şöhrətlə iştirak etmişdir.Tofiq Əli-zadə daha sonra
qeyd etdi ki, Cənəli Əkbərov1992-ci ildən Bakı Musiqi Kollejində
muğam ifaçılığından dərs deməyə başlamış və Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin professoru, elmi şurasının
üzvü, Muğam ifaçılığı kafedrası yarandığı gündən ömrünün sonuna kimi
bu kafedranın müdiri vəzifələrində calışmışdır. Universitetdə işlədiyi
son 20 il ərzində bir neçə nəsil muğam xanəndələri
yetişdirmişdir.Bunlardan Gülyaz və Gülyanaq Məmmədovaların,
Mələkxanım Əyyubovanın, Bəsti Sevdiyevanın, Zabit Nəbizadənin,
Mənsum İbrahimovun, Babək Niftəliyevin, Sahib İbrahimovun, Ehtiram
Hüseynovun adlarını çəkmək olar.Bu gün isə,Canəli Əkbərovun
tələbələri olmuş bu sənətcilər, artıq xalq və əməkdar artistlər
olaraq,özləri muğam ifaçılığından dərs deyirlər.Daha sonra Canəli
Əkbərovun nuğam ifalarından parcalar də nümayiş olundu.Tədbirdə
iştirak edənlər, “Söz” jurlanının baş redaktoru Sevda xanım Əlibəyli,
“Dünya Ana və uşaq” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva
“Milli-mənəvi Dəyərlərin qorunması” ictimai biRliyinin sədri Elvin
Talışınski, “
Vətənim-Azərbaycandır.az” saytının baş redaktoru
Kamran Orucov.Canəli Əkəbərovun tələbələri olmuş xanəndələr və başqa
ziyalılar.görkəmli mugam ustadı olmuş, Canəli Əkbərovla bağlı
xatirələrini danışıdılar və tələbələrinin ifalarında muğam parcaları
səsləndi.Tədbirin sonunda Canəli Əkbərovun ailəsi adından, cıxış
edənlər, qardaşı Tərlan Əkbərov və Nurəddin Salayev bu tədbirin
təşkilinə görə,”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai
birliyinin preizdenti prezidenti Tofiq Əli-zadəyə minnətdarlıqlarını
bildirdilər.