01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
27 noyabr 2021 il Azərkitab Təbliğat Mərkəzində xalq artisti, Canəli Əkbərovun xatirə kecəsi keçirildi.
”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyin təşəbbüsü və təşkilatçılığı ilə xalq artisti, mərhum muğam ustadı Canəli Əkbərovun xatirə ğecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə acan, ”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə söylədi ki, Azərbaycan muğamı, qədim tariximizdən bizlərə miras qalmış milli sərvətimizdir. Bu baxımından da, Azərbaycan mədəniyyətinin,milli musiqimizin və muğam ifaçılığımızın inkişafında,bir çox böyük sənətkarlarımızın o cümlədən də,Şöhrət,Şərəf və 1ci dərəcəli “Əmək” ordenli, professor, xalq artisti, mərhum muğam ustadı Canəli Əkbərovun xidmətləri çox böyük olmuşdur. Deyildi ki, təşkilatımızın əsas məqsədi. Dünyada yaşayan Azərbaycanlıların birlik və həmrəyliklərinin təşkilinə kömək etmək olsada,eyni zamanda da məqsədlərimizdən biri də milli-mənəvi dəyərlərimizin qorunması, təbliğ olunmasıdır. Canəli Əkbərov opera və teatr səhnəsində də bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov-“Leyli və Məcnun”),Şah İsmayıl (M.Maqomayev-“Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) və başqa operalarda özünə məxsus və yadda qalan obrazlar yaratmış daha sonralar,ömrünün sonlarına qədər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin“Muğam Sənəti” kafedrasının müdiri vəzifəsində çalışmış və 1960 cı illərdən başlayaraq, müəllimləri olmuş, Seyid Şuşalı və Xan Şuşalıdan milli muğam sənətinin qayda-qanunlarını mənimsəyərək,öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Xatirə gecəsində daha sonra dəyərli qonağlar, Sənətşunaslıq üzrə fəsəfə doktoru, Səadət xanım Təhmiraz qızı, ”Söz” ədəbi poblisistik jurnalının baş redaktoru Sevda xanım Əli-bəyli , müğənnilər, sənətkarın tələbələri və onun yaradıcılığını sevənlər öz ürək sözləri demiş, xatirələrində Canəli müəllimi yad etmişdirlər. Böyük xanəndənin ailəsinə biz də öz adımızdan və kollektivimiz adından rəhmət diləyirik. Allah dəyərli sənətkara qəni-qəni rəhmət etsin.Ruhu şad məkanı cənnət olsun.
Kamran Orucov
Vətənim-Azərbaycandır.az xəbər portalının təsisçisi və baş redaktoru.