Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

27 noyabr 2021 il Azərkitab Təbliğat Mərkəzində xalq artisti, Canəli Əkbərovun xatirə kecəsi keçirildi.

27 noyabr 2021 il Azərkitab Təbliğat Mərkəzində xalq artisti,  Canəli Əkbərovun xatirə kecəsi keçirildi.
29-11-2021, 03:52 224 dəfə baxılıb

”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyin təşəbbüsü və təşkilatçılığı ilə  xalq artisti, mərhum muğam ustadı Canəli Əkbərovun xatirə ğecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə acan, ”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə söylədi ki, Azərbaycan muğamı, qədim tariximizdən bizlərə miras qalmış milli sərvətimizdir. Bu baxımından da, Azərbaycan mədəniyyətinin,milli musiqimizin və muğam ifaçılığımızın inkişafında,bir çox böyük sənətkarlarımızın o cümlədən də,Şöhrət,Şərəf və 1ci dərəcəli “Əmək” ordenli, professor, xalq artisti, mərhum muğam ustadı Canəli Əkbərovun xidmətləri çox böyük olmuşdur. Deyildi ki, təşkilatımızın əsas məqsədi. Dünyada yaşayan Azərbaycanlıların birlik və həmrəyliklərinin təşkilinə kömək etmək olsada,eyni zamanda da məqsədlərimizdən biri də milli-mənəvi dəyərlərimizin qorunması, təbliğ olunmasıdır.
 Canəli Əkbərov opera və teatr səhnəsində də bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov-“Leyli və Məcnun”),Şah İsmayıl (M.Maqomayev-“Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) və başqa operalarda özünə məxsus və  yadda qalan obrazlar yaratmış daha sonralar,ömrünün sonlarına qədər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin“Muğam Sənəti” kafedrasının müdiri vəzifəsində çalışmış və 1960 cı illərdən başlayaraq, müəllimləri olmuş, Seyid Şuşalı və Xan Şuşalıdan milli muğam sənətinin qayda-qanunlarını mənimsəyərək,öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Xatirə gecəsində daha  sonra dəyərli qonağlar, Sənətşunaslıq üzrə fəsəfə doktoru,       Səadət  xanım Təhmiraz qızı, ”Söz”  ədəbi poblisistik  jurnalının baş redaktoru  Sevda xanım  Əli-bəyli , müğənnilər, sənətkarın tələbələri və onun yaradıcılığını sevənlər öz ürək sözləri demiş, xatirələrində Canəli müəllimi yad etmişdirlər. Böyük xanəndənin ailəsinə biz də öz adımızdan və kollektivimiz adından rəhmət diləyirik. Allah dəyərli sənətkara qəni-qəni rəhmət etsin.Ruhu şad məkanı cənnət olsun.

Kamran Orucov
Vətənim-Azərbaycandır.az xəbər portalının təsisçisi və baş redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI