Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qanunu pozan kiçikhəcmli gəmi istifadəçiləri məsuliyyətə cəlb olundu - Video

Qanunu pozan kiçikhəcmli gəmi istifadəçiləri məsuliyyətə cəlb olundu - Video
14-12-2021, 10:56 272 dəfə baxılıb

Sumqayıtda qanun pozuntusu törətmiş kiçikhəcmli gəmi istifadəçiləri inzibati məsuliyyətə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən “Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reyd keçirib.
Sumqayıt şəhərinin Corat, H.Z.Tağıyev, Abşeron rayonunun Novxanı və Xızı rayonunun Şuraabad yaşayış məntəqələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 9 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb.
Yoxlamanın nəticəsi olaraq, kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, kiçikhəcmli gəmi istifadəçilərinə bu tipli su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, kiçikhəcmli gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının zəruriliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.


https://t.me/+LRDCISsxBB1jYmYy 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI