19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Unudulmayan qan yaddaşımız-Xocalı Soyqırımı!
VETENİM-AZERBAYCANDIR.AZ
Cahanda analoqu olmayan bir cinayət aktı, soyqırım faciəsidir Xocalı Soyqırımı.
O qədər soyuqqanlılıq və qəddarlıqla törədilmiş bir soyqırım hadisəsidir ki, illər, əsrlər keçsə belə bu vandalizm unudula bilməz.
Çünki bu müharibə deyildi, günahsız, insnların, dinc əhalinin, körpələrin, qocaların, qız-gəlinlərin qanına vəhşicəsinə susamaq idi.
Bu misli görünməmiş faciəni isə yer üzündə yalnız mənfur erməni yığını tördə bilərdi və necə ki, bunu etdilər.
Tarixə öz murdar adlarını işqalçı və vandalist kimi qoymağı bacaran bu bir yığın cinayətkarları heç vaxt bağışlamag, onların əməlini yumşaltmaq olmaz.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülb.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Qan donduran bu soyqırım faktı danışdıqca insanın gözləri önündə canlanır. Və insanda özndən asılı olmayaraq nifrət hissi oyadır.
Xocalı soyqırımı həmdə beynəlxalq cinayətdir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir.
Belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir: öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi); cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu; və irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar; məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; və cinayətin xüsusi coğrafi məkanda törədilməsi.
Bütün bunları görən mənfur düşmən də oxuyub dərk edə bilirmi??
Əyər dərk etsəydi Xocalı Soyqırımına görə bütün cahan dövlətlərindən üzr istəməli idi.
Əfsuslar olsun ki, Xocalı Soyqırımına Beynəlxalq müstəvidə ədalət hələdə tam əldə olunmayıb.
Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır!
Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.
Amma bu gün az da olsa ürəyimizdə bir rahatlıq var.
“Xocalı şəhidlərinin qanı yerdə qalmadı” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz xalqına mənəvi güc vermiş oldu. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi”. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Nə qədər ki canımızda can var bir bu vandalizm aktını, misli görünməmiş qətliyamın bütün cahan dövlətlərinin tanıması üçün səylərimizi əsirgəməyəcəyik.
Ümid edirik ki, bu Soyqırımın müəllifləri tarix məhkəməsi qarşısında cavab verəcəkdirlər.
Allah "Xocalı" qurbanlarına rəhmət etsin.
Nəhayət Şirinova
İctimaiyyətçi.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
VETENİM-AZERBAYCANDIR.AZ