Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan üçün YENİ DÖVR BAŞLAYIR - İLK DƏFƏ ...

Azərbaycan üçün YENİ DÖVR BAŞLAYIR - İLK DƏFƏ ...
13-02-2023, 19:33 195 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Yeni İstilik Elektrik Stansiyasının inşa edilməsi enerji sistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, sosial-iqtisadi inkişafa da güclü təsir göstərəcək. 

Son illər Azərbaycanda energetika sektorunda uğurlu layihələr həyata keçirilməkdədir. Həyata keçirilən bu layihələr ölkəmizin enerji gücünün artmasında önəmli rol oynayacaq. Təbii ki, məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan respublikamızın energetika kompleksinin, o cümlədən, elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmək, bu sahədə misilsiz quruculuq işlərinin görülməsi ənənəsi bu gün dövlət başçısı İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.

Bu cür layihələrin icrası Azərbaycana nə qazandıracaq?

✔️Özünün daxili enerji təlabatını artıqlaması ilə ödəməyə kömək edəcək

✔️ Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaq

✔️Avropanın enerji təhlükəsizliyi məsələsində əsas aktor kimi rolunu və əhəmiyyətini artıracaq

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olub, ölkə enerjisistemin təhlükəsizliyi təmin edilib və qonşu ölkələrə Avropaya da elektrik enerjisi ixrac etməyə imkan yaranıb.

Məhz bu gün Prezident İlham Əliyev tərəfindən müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoymasının reallaşması Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması adına olduqca mühim addımdır.

Digər sahələrdə olduğu kimi enerji sektorunda da İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişafa hesablanan iri layihələri Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə yönəlmiş vacib strateji xəttlərdən biridir. İ.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən, elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə, dünya lideri mövqeyinə sürətlə yüksəlməkdədir.

Azərbaycan bu cür iri layihələri icra etməklə həm Avropanın enerji təhlükəsizliyində əsas aktor kimi mövqeyini daha da gücləndirmək adına olduqca vacib addım atır, həm də ölkənin iqtisadi inkişafında yeni perespektivlər açmış olacaq. 

Yeni elektrik stansiyası yüzlərlə yeni iş yerləri deməkdir və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.

Prezidentin də qeyd etdiyi kimi, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət ediləcək ki, bu da Azərbaycanın həm yanacağı da Qərbə nəql edərək Bakıdan olan asıllığı bir qədər də artırmış olacaq. Bu sə Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz ola bilər. 

Ən əsası isə yeni stansiyada iş əmsalı çox yüksək olacaq. Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının fəaliyyəti nəticəsində həm qoyulan vəsait bir neçə ilə tamamilə qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanmış olacaq ki, bunun da hərtərəfli uğurlu bir layihə olduğu öz təsdiqini tapır. 

Belə bir stansiyanın təməlinin qoyulmasını dövlət başçısının Azərbaycanın elektrik energetikası sistemində mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri yönündə atdığı növbəti vacib addım kimi şərh edə bilərik.

Dünyanın çox çətin iqtisadi bir mərhələyə daxil olduğu, infilyasiyanın qaçılmaz olduğu dövrə girdiyi bir zamanda Azərbaycan minimum itkilərlə bu ağır mərhələni atlatmaq üçün çıxış yolları axtarır. Bu istilik elektrik stansiyası da Azərbaycanın bu qəbildən düşünülmüş önəmli addımlardan biridir.

Dövlət başçısının bu gün təməlqoyma mərasimində çıxışı zamanı qeyd etdiyi "Biz az vəsaitlə böyük enerji potensialına malik oluruq" fikirləri də bir daha deməyə əsas verir ki, Azərbaycan çox az maliyyət xərci ilə yüksək gəlirli bu cür böyük layihələri reallaşdıraraq çətin iqtisadi dövrü geridə qoyacaq, bunun öhdəsindən çox dəqiqliklə gələcək.

Nəzərə alsaq ki, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən, kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir və bu istiqamətdə Vətən müharibəsindən üzü bu yana belə qısa zamanda işğaldan azad edilən ərazilərdə də çox böyük işlər görülüb. Bu istiqamətdə fəaliyyət planı çoxşaxəlidir, bu da əsas verir çox rahatlıqla düşünək ki, Azərbaycan çox qısa zamanda öz enerji resurusları ilə nəinki regionun, Avropanın, bütünlükdə dünyanın ən vacib ölkələrindən birinə çevrilməklə olduqca önəmli yerlərdə olacaq.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI