Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

22:20 - Prezident: Geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası başlıca amil olub

22:16 - İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib

21:19 - Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

21:15 - COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

21:14 - Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı olub

21:13 - Nazir: Təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların müzakirəsinə ehtiyac var

21:12 - Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:00 - Uzun illər "Xaçmaz" qəzetində çalışan, jurnalistika peşəsini çiyinlərində daşıyan həmkarımız Gülxar Rəhimlinin doğum günüdür.

00:00 - Türkiyə və Azərbaycan yeni iqtisadi blokda birləşə bilər - Bakı və Ankaranın qlobal təsiri artır

20 YANVAR QAN YADDAŞIMIZ

20 YANVAR QAN YADDAŞIMIZ
19-01-2023, 11:46 203 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycan tarixinə qanla  yazılmış 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətdir. Paytaxt Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilərək qatı cinayətə imza atmağa hazırlaşan  mənfur lar bu məsələdən əhalini xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 
20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Xalqımızın belə müşkül bir məqamda güclü, iradəli və qətiyyətli bir siyasət adamına ehtiyacı  böyük idi. O, şəxsiyyət də məhz yeni və müasir Azərbaycanımızın qurucusu və memarı olan böyük siyasət adamı, xalqımızın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev oldu.
Bu gün 20 yanvar hadisələrindən bizi uzun illər ayırsa da o qətliam böyükdən kiçiyə hər birimizin yaddaşlarında əbədi bir iz goymuşdur. Hec nə unudulmur, sadəcə keçmişimizdən dərs alaraq uğurlu addımlarla qarşıya doğru addımlamağa bacardı güçlü və qüdrətli Azərbaycan xalqı. Və bu mətinlik və vətənpərvərlik xalqımızı 44 günlük şanlı  Zəfərimizə qovuşdurdu. Allah bu sevincimizi bizlərə çox görməsin. Qürurluyuq!
Allah dövlətimizi qorusun.
Müstəqilliyimiz, azadlığımız və yüksəlişi iz uğrunda canını fəda edən bütün Vətən fədailərinə Allahdan qəni-qəni rəhmət diləyirəm!
Ruhunuz şad olsun qırmızı qərənfillərə qərg olub əbədi yaşar dünyaya sakin olanlar!

Kamran Orucov
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI