19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək “ təşkilatının təşəbbüsü ilə, 20 yanvar hadislərinə həsr olunmuş tədbir təşkil olunmuşdur.
VETENİM-AZERBAYCANDIR.AZ
VETENİM-AZERBAYCANDIR.AZ
“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək “ təşkilatının təşəbbüsü ilə, “Qarabag Əlilləri və Veteranları” ictimai birliyinin mənzil qərargaında 1990 cı ildə Bakıda törədilmiş 20 yanvar hadislərinə həsr olunmuş tədbir təşkil olunmuşdur. İlk öncə 20 yanvar şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Daha sonra “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” təşkilatının prezidenti siyasətşunas,Tofiq Əli-zadə bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Qabaqcadan düşünülüb hazırlanmış və Sovet ordusunun əli ilə, Bakıda və respublika rayonlarında törədilən vəhşiliklər nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Sovet ittifaqının o zamankı rəhbərliyinin təcavüzkarlıq aksiyası, Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.Daha sonar 21 sentyabr 1990 cı ildə Ulu Ondər Həydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında cıxışını əks etdirən video görüntülər numayiş olundu. Dah sonra Tofiq Əli-zadə bildirdi ki.əgər 1987 cil ildə Mixail Qorbocun və onun erməni əl altılarının hisləsi ilə sovet ittifaqının rəhbərliyinindən uzaqlaşdırılmasa idi. Azərbaycvanda 20 yanvar hadisləri və ümumiyyətlə Qarabağ hadisləri baş verməzdi.Tofiq Əli-zadə bildirdi ki,Sovet qosunlarının Bakıya yeridilməsində məqsəd,Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. məqsədilə Sonra cıxış edən “Demokratk cəmiyyət və Qadın hüquqlarının müdafiəsi” ictimai bilriyinin sədri Mehriban Abdullayeva bildirdi ki, o qanlı 20 yanvarın şahidi kimi mən o zamanı yaxşı xatırlayıram, 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilməlidir. Daha sonra cıxış edənlər “Qarabag Əlilləri və Veteranları” ictimai birliyinin sədri Növrəstə Yusifova, “Vətənim Azərbayacndır” saytının baş redaktoru Kamram müəllim Orucov, “Çıraq” humanitar ictimai birliyinin sədri Nadır Cəfərov və başqaları cıxışlarında vurğuladılar ki, SSRİ rəhbərliyinin Azərbaycana qarşı İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır törətdikləri cinayətlər bağışlanmazdır
Əfsanə Əliyeva
VETENİM-AZERBAYCANDIR.AZ