01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Heydər Əliyevin xatirəsi Həştərxanda anıldı
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbəliyi ilə Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Həştərxan şəhərində keçirilən anım tədbirlərində iştirak edib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Həştərxan Hökuməti sədrinin müavini Denis Afanasyev, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ümummilli liderin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə ilk öncə Ulu öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilib. Bu gün Azərbaycanın dinamik inkişafı məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəbdə Həştərxan Hökuməti sədrinin müavini D.Afanasyev, Həştərxan vilayətinin Təhsil naziri E.Uqarov, Həştərxan şəhərinin meri O.Polumordvinov, Azərbaycan nümayəndə heyəti, diaspora nümayəndələri, məktəb kollektivi və şagirdlərin iştirakı ilə anım tədbiri keçirilib. İlk öncə məktəbin foyesində Ümummilli liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bundan əlavə Ulu öndərin anadan olmasının 100 ili münasibəti ilə silsilə tədbirlərin keçiriləcəyinin artıq nəzərdə tutulduğunu, Abşeron rayonu ilə Həştərxan vilayəti məktəbliləri arasında müsabiqələrin, telekörpü formatında dialoqların və digər müxtəlif səpkidə tədbirlərin keçirilməsini nəzərdə tutan tədbirlər planının hazırlandığı barədə məlumat verilib.
Daha sonra Həştərxan Dumasının sədri İqor Martınov, Həştərxan Hökuməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayətin bir sıra hökümət üzvləri, Azərbaycan nümayəndə heyəti, Azərbaycan diasporasının üzvləri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklillər və gül dəstələri qoyublar.
O cümlədən, Həştərxan şəhərində yerləşən “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə əbədi məşəl önünə güllər qoyulub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbəlik etdiyi Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub. Ölkəmizlə Həştərxan vilayəti arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin Ulu öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini, 2023-cü il ərzində “Heydər Əliyev ili” çərçivəsində Həştərxan vilayətində də bir çox tədbirlərin keçiriləcəyini qeyd edib. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirib.