Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.

Yeni Azərbaycan Partiyasının  VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.
14-11-2022, 12:25 274 dəfə baxılıb

Yeni Azərbaycan Partiyası! 
 İllərdir xalqın yüksəlişinə, tərəqqisinə, müstəqilliyinə xidmət edən hakim partiyamız. 
 Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər, Heydər Əliyev tərəfindən binası qoyulan və özünün də zamanında uzaqgörənliklə geyd etdiyi kimi dünənin, bu günün və gələcəyin Partiyası olan doğma partiyamız! 
Çox qısa bir zaman müxalif partiya kimi fəaliyyətə başlayib, 30 ildir iqtidar, xalq Partiyası kimi müstəsna xidmətlər daşıyıcısı olan Partiyamız! 
 Və illərdir bu partiyanın üzvü olmağımızla qürur duyuruq. 
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.  Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışından. 
YAP-ın inkişafında yeni tarixi mərhələ. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 773 770 üzvü var. 
Və günü gündən sıralarımız genişlənir. 
 Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
44 günlük Vətən Müharibəsinin möhtəşəm qələbəsində də Yeni Azərbaycan Partiyamızın, partiyadaşlarımızın müstəsna xidmətləri oldu. Xalq olaraq partiyamızın sədri, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin ətrafında sıx  birləşdik.
Və bu birliyimiz bizi Zəfərə doğru apardı və şükürlər olsun ki Qalibiyyət qazanan ölkənin azad vətəndaşı olduq.
Sənə məğrurluq yaraşır Azərbaycanım! 
Hər zaman zirvələrdə olsun ismin! 
Yaşasın Yeni Azərbaycan Partiyası! 
Yaşasın Dahi Ulu Öndər ideyaları!

Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI