17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Yeni Azərbaycan Partiyası - uğura gedən yolumuzdur.
????????????????
Azərbaycan gəncliyinin ideologiyasının formalaşmasında və tərəqqiyə gedən yolunun rəvanlanmasında müstəsna və əvəzolunmaz xidmətləri olan qalibiyyət və zəfər carçısı kimi yaddaşlarımıza həkk olunan Yeni Azərbaycan Partiyasının 29-cu ildönümünü qalib xalqın qürurlu vətəndaşları olaraq qeyd edirik.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası hər bir partiya üzvünün yüksəliş yolu, özünütəsdiq məkanı olmuşdur. Vətənimizin son illərdə qazandığı böyük nailiyyətlər, uğurla yürüdülən siyasi xətt Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün uşaqdan böyüyə bu uğurlu yolun nəticələrinin sevincini yaşamaqdadır. 29 il şərəfli, qürur dolu, iradə və mətinlik dolu yol keçən qalibiyyət partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. İllərdir Azərbaycanın dünya arenasında öz mövqeyi ilə seçildiyinin şahidinə çevrilmişik. Bütün bu illərin ən uğurlu və heyrətamiz nəticəsi isə 200 ildən artığdır ki, məmləkətimizin yaşamadığı, dadmadığı bir sevinc hissinin 44 günlük mükəmməl və məqsədyönlü "Dəmir Yumruq" adı altında Qələbə ilə sonlanan zəfər səlnaməmiz oldu. Və bu zəfər Yeni Azərbaycan Partiyasının, Ulu Öndər Heydər Əliyev İdeyalarının və güçlü siyasi liderimizin cəsarətli qərarlarının təcəssümü idi. Gəlin tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının yaranma tarixinə qısa bir ekskursiya edək.
Hələ 29 il bundan əvvəl ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq belə bir zərurət yarandı. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası yarandı. Təsis edildiyi gündən etibarən Yeni Azərbaycan partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkənin ictimai-siyasi həyatında mühüm və müstəsn rol aldı. Əyər bir işin başında lider bir şəxsiyyət varsa orda uğur və yüksəliş vardır. Elə bunun bariz sübutu da partiyaya rəhbərlik edəcək şəxsin məhz Ulu Öndər Heydər Əliyevin sədrlik etməsi idi. Ulu Öndərimiz ilk olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Şükürlər olsun ki, bu gün də bu parlaq və uzaqgörən siyasi kursun idarəetməsində və ulu öndərimizin ideoloji yolunun təbliğində onun "Mən ona özüm qədər inanıram" deyə xarakterizə etdiyi varisi, güclü lider, əsl dövlət adamı, Azərbaycanın zəfər tarixinə öz imzasını qoyan Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev dayanır. Bu güvəni və inamı bizlərə bəxş edən dövlət başçımız haqqında nə qədər yazsaq da onun gördüyü işləri, idarə etdiyi siyasi ideoloji xətti anlada bilmərik. Necə ki, 44 gün yetdi ki, o öz adını Azərbaycanımızın yeni zəfər səlnaməsinə həkk etsin. Biz artıq başı uca xalq kimi Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar barədə də böyük əminliklə danışa bilərik. Məhz diplomatik uğurlarımız Vətən müharibəsində Qələbəmizə öz müsbət təsirini göstərdi. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü döyüş meydanında Qələbəsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» çağırışı reallığa, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Təbii ki, uğurlarımızın tam şəkildə xronologiyasını təqdim etmək qeyri-mümkündür. Bu baxımdan ki, 29 il zaman baxımından kiçik görünsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngindir. Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olundu, onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə "Dəmir yumruq" adı altında əks hücum əməliyyatları sayəsində torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı. Nə qədər möhtəşəm və qürurvericidir bu sətirləri yazmaq, bu hissləri ifadə etmək. Bir sözlə, bu gün xalqımızın bütün təbəqələrinin hörmətini qazanmış, hər an onların yanında olan, bütün sahələrə diqqət ayıran, Yeni Azərbaycan Partiyasının layiqli Lideri, bütün Dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri həyata keçirməyi bacardı və bundan sonra da bu siyasi ideoloji xətt davam edəcəkdir.
Yeni Azərbaycan Partiyası həm də gənclərin partiyasıdır. Hər gün gəncləşən partiya sıralarımız bunu deməyə əsas verir. Mənə elə gəlir ki, bütün gənc siyasi həmfikirlərim mənlə razılaşar.Biz bu gün harda olmağımızdan, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq bir məslək uğrunda birləşmişik. Böyük bir ailənin üzvləriyik. Hər birimizin Yeni Azərbaycan Partiyası ilə bağlı uğur dolu hekayələrimiz var, hər birimizin böyük gətiyyətlə ünvanlandığımız bir məqsəd yolumuz var. Biz fəxr edirik ki, Yeni Azərbaycan Partiyasının üzvləriyik!
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yaşasın Milli Birliyimiz!
Nəhayət Şirinova
İctimaiyyətçi.
Yeni Azərbaycan Partiyasının üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır.az