14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Jirinovskidən şok: Ərdoğan Qarabağda bizə mane olur!
Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib.
“Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (tiyəsi əyri qılınc tarixdə türk qılıncı kimi tanınır – red.)… Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın “fırlanan çarxını” dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur”, – deyə Jirinovski bildirib.
Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür.
Qeyd edək ki, burada Jirinovskinin Kremlin açıqlamasını “unutduğu” aydın görünür. Belə ki, rəsmi Moskva Ukrayna və Liviya münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.
Üstəlik, Rusiya hökumətinin dünyanın dörd bir yanına silah satdığı və bundan dolayı minlərlə günahsız körpənin öldüyü heç kimə sirr deyil. Görünür, bunlar da irqçi partiya liderinin “yadına düşməyib”