17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Paşinyanın siyasi taleyi: “Ermənistanda üç cəbhə var” – Müsahibə
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, əslən Azərbaycandan olan professor Aygün Attar Teleqraf.com-un sualların cavablayıb.
Onunla müsahibəni təqdim edirik:
- Aygün xanım, sizinlə Bakının erməni və bolşeviklərdən azad edilməsinin 104-cü ildönümündə görüşürük. Bu tarixi hadisə haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- 104 il əvvəl Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu ilə birlikdə Azərbaycan torpaqlarında fəaliyyət göstərən daşnak-bolşevik Rusiyası, erməni quldur dəstələri ilə mübarizə aparıb və bu, Bakının qurtuluşu olaraq tarixə düşüb.
Sentyabrın 15-i şərəfli tariximizdə “Bir millət, iki dövlət” fəlsəfəsinin yarandığı bir gündür. Bu gün münasibətilə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Türkiyənin, Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatlarının, tanınmış elm xadimlərinin iştirakı ilə simpozium keçirdik. “Köklü keçmiş, güclü gələcək” şüara adı altında keçirilən beynəlxalq simpoziumda Türkiyənin əhəmiyyətli qurumlarında təmsil olunan 20-dən artıq elm insanı iştirak edir.
Bu ziyalılar 104 il əvvəl və 44 günlük Vətən müharibəsində olduğu kimi, eyni ruhla Azərbaycanın haqlı davasında Türkiyənin sonuna qədər dimdik yanında olacağını söylədi.
Biz “TADİV” və “ATEV” ilə birlikdə Azərbaycanı bizə bəxş edən Qafqaz İslam Ordusunun 1300 şəhid Mehmetciyini, böyük komutan Nuru Paşanı və Azərbaycan Milli Ordusunun şəhadətə yürümüş əsgərlərini rəhmətlə anırıq. Can Azərbaycanın yanında son damla qanımıza qədər canımızla, qanımızla, biliyimizlə və qələmimizi süngüyə çevirib var olacağımızı bir daha bəyan edirəm.
- Sentyabrın 12-dən Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Yaranmış durumu necə dəyərləndirirsiniz?
- Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan bölgədə hüzur olsun, dövlətlər arasında iqtisadi əməkdaşlıq əlaqələri qurulsun deyə məğlub Ermənistana sülh təklifi edib. Ermənistan həm Moskvada, həm də Brüsseldə həqiqətlər qarşısında boynunu büküb. Amma Ermənistan tarix boyunca olduğu kimi, namərd şəkildə Laçın, Kəlbəcər və Daşkəsən istiqamətlərində təxribat törətdi. Əlbəttə, şəhidlərimizin qisası alındı. Bununla birlikdə Azərbaycan bir vəzifə olaraq Ermənistanla sərhədlərin təhlükəsizliyini təmin etmək üçün səy göstərir.
Türkiyə hər zaman olduğu kimi, hər mənada Azərbaycanın yanındadır. Kədərliyik, ancaq ümidsiz deyilik. Çünki 44 günlük Vətən müharibəsində və son günlər Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördük. Azərbaycan müstəqilliyinin simvolu olan üçrəngli, ay-ulduzlu bayrağını Vətən səmalarına yüksəldib. O bayraq hər zaman yüksəklərdə dalğalanacaq. Biz də onun ruhu ilə əməkdaşlıq fəaliyyətimizə davam edəcəyik.
- Paşinyan ziddiyyətli açıqlamalar verir, erməni xalqı onun istefası üçün aksiyalar keçirir. Belə bir məqamda, sizcə, sülh sazişi imzalana bilərmi?
- Hazırkı şəraitdə Paşinyan sülh protokolunu imzalama cəsarətini göstərə bilmir. Ümumiyyətlə, Ermənistan sülh müqaviləsinin altına imza atmaqdan imtina etmək cəsarəti də göstərmir. Paşinyan Rusiyada və Avropada Azərbaycan Prezidenti ilə görüşlərdə, eləcə də rəsmi Ankaranın başlatdığı “Ermənistanla normallaşma prosesi” çərçivəsində də sülh müqaviləsinə imza atacağına dair söz vermişdi. Fakt budur ki, Nikol Paşinyan bu cür tədbirlərdə fərqli mövqedən çıxış edir.
Burada Ermənistanın daxili siyasətinin və Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı”nın da təsirləri var. Burada Qarabağ probleminin həllinin 30 il müddətinə uzadan fərqli dövlətlərin barmağının olduğunu da düşünürəm. Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirildi. Görüşdə bir ay içərisində konkret addımların atılacağına dair fikirlər səslənmişdi. Bundan həmən sonra sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törətdi. Bu fakt Paşinyanın sözünün ölkəsində çox keçmədiyi həqiqətini ortaya qoyur.
Qənaətimcə, burada Zəngəzur dəhlizinin açılmasından narahat olan bəzi dövlətlərin də barmağı var. Üzərində durulması vacib olan məsələ budur ki, hazırkı situasiya Ermənistanın maraqlarına cavab vermir. Çünki Azərbaycan Prezidenti demişdi ki, müharibə geridə qaldı, artıq biz işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə bərabər, həm də regionda iqtisadiyyatın inkişafı üçün səfərbərlik başlatdıq. Bu səfərbərlik proqramı içərisində yeni reallıqlara xidmət edəcək “3+3” əməkdaşlıq formatı bölgə ölkələrinə – Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran və hətta Ermənistana da töhfə verəcək.
- Sentyabr gərginliyi Türkiyədə necə qarşılandı?
- Azərbaycanın dövlət sərhədində Erməni silahlı qüvvələrinin təxribat törətməsinə dair xəbərlər gəlməyə başlayanda Türkiyə #SeninleyikAzerbaycan həştəqi ilə BMT və Avropa İttifaqına çağırışlar etməyə başladı. Bu kampaniya çox böyük səs gətirdi. Türkiyədə dövlət səviyyəsində həm Milli müdafiə, həm Xarici işlər nazirliyi, həm də ictimaiyyət qeydsiz-şərtsiz Azərbaycan yanında olduğunu və haqlı olduğunu söylədi.
- Hücum zamanı mülki vətəndaşlarımız da yaralandı. Ermənistan isə yaralı hərbçiləri “günahsız mülki sakinlər” kimi təqdim edir. Bunu necə izah etmək olar?
- Erməni diasporu cəbhədəki son gərginliyi Azərbaycanın başlatmasına dair yalan xəbərlər servis etməkdədir. Aydın məsələdir ki, bu, belə deyil, çünki Azərbaycan zəfər qazanmış bir ölkədir. Ölkə sərhədində təhlükəsizliyi təmin etmək dövlətin bir nömrəli strateji məsələsidir. Azərbaycan sərhəddə təhlükəsizliyi təmin etmək üçün sabitliyi bərqərar etməlidir. Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərə Avropa ölkələrindən də sərmayədarlar gəlib investisiyalar yatırırlar. Ona görə də Azərbaycanın marağı o bölgədə barışın olması və Qarabağın dirçəlməsi üçün iqtisadi layihələrin davam etməsidir.
Ermənistan həm sivil xalqı hədəfə alır, həm də Azərbaycan torpaqlarına müdaxilə edir. BMT-nin 51-ci maddəsinə görə, Azərbaycan məşru müdafiə haqqından istifadə edir. Şəhidlərimiz var, onlar bütün türk dünyasının ürəyini yandırdı. Allah rəhmət etsin. Qətiyyətli bir şəkildə o şəhidlərinin qisasının alınması prosesi davam edir.
- Sentyabrın 15-də Səmərqənddə Prezident İlham Əliyevin türkiyəli və rusiyalı həmkarları arasında görüşü oldu. Bu toplantı Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklər fonunda baş tutdu. Rusiyanın son gərginliyə münasibətini necə dəyərləndirmək olar?
- Bəli, Şanxay Əməkdaşlıq Təşkilatının XXII sammiti çərçivəsində liderlərin təkbətək görüşü gerçəkləşdi. Ermənistanın son təxribatına Rusiyanın maraqlı olmadığı qənaətinə gəlmək olar.
Bildiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Təşkilata üzv dövlətlərdən – Rusiyadan, Qırğızıstan və Qazaxıstandan yardım istədi, amma bu ölkələr yardımdan imtina etdi. Bu, böyük bir zərbədir. Unutmaq lazım deyil ki, Azərbaycan, Türkiyə və Rusiya işbirliyi çərçivəsində bütün region üçün açar rolunu oynayan Laçın dəhlizindən rus sülhməramlılarının çəkilməsi vaxtı da var. Bu da Rusiyanın mövqeyini ortaya qoyur.
- Paşinyan siyasi qərarlarda müvazinətini saxlaya bilmir. Onu öz mövqeyindən daşındıran səbəblər nədir?
- Ümumiyyətlə, Paşinyan müstəqil siyasət yürüdə bilmir. Çünki Ermənistan içərisində üç ayrı siyasi cəbhə var. Bunun başlıca səbəbi birbaşa Vaşinqtonda erməni diasporu tərəfindən idarə olunan gücdür. İkincisi, Azərbaycanla düşmənlik üzərində qurmuş “Qarabağ klanı” deyilən siyasi güc. Üçüncü isə, Rusiya ilə işbirliyi içərisində olub Paşinyanın hakimiyyətə gəlmək istədiyini qəbul etməyən fərqli bir gücdür. Hazırda Paşinyan hər üç siyasi cəbhə ilə mübarizə aparır, bu da onu müstəqil qərarlar qəbul etməyə qadir olmadığını göstərir.
- Bəs, necə oldu ki, Paşinyan bu cəbhələrlə seçkini qazandı?
- Bu elə Azərbaycan siyasətinin erməni xalqının qəbul etdiyini ortaya qoyur. Paşinyan Azərbaycanın Zəfərdən sonrakı strategiyasını qəbul etdiyini açıqlamışdı. Əgər 44 günlük müharibənin məğlubiyyətindən sonra o xalq Paşinyana səs verdisə, bu, həmin xalqın da bu strategiyaya tərəf olduğunu göstərir. Bu, həm də Ermənistanda siyasi iqtidarın hakimiyyəti idarə edə bilmədiyini göstərir.
Fərqli olaraq Azərbaycan Prezidentinin gücü və qüvvəti millətin öz liderinin yanında olduğu həqiqətini ortaya qoyur. Ona görə də Prezidentin ətrafında “Dəmir yumruq” elə eyni qüvvətlə var olmağa davam edəcək. Bu da Azərbaycanın gücünü artırar.
- Proseslərin onun devrilməsi ilə nəticələnəyini proqnozlaşdıranlar var. Siz necə düşünürsünüz?
- İstefa etməyəcək. Çünki bir ili belə tamam olmadan xalq yeni seçkiyə getdi və Paşinyanı seçdi.