Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, yenilməz ordumuzun gücü, xalqımızın birliyi tarixi qələbəyə zəmin yaratdı.

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, yenilməz ordumuzun gücü, xalqımızın birliyi tarixi qələbəyə zəmin yaratdı.
23-09-2022, 12:03 359 dəfə baxılıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, yenilməz ordumuzun gücü, xalqımızın birliyi tarixi qələbəyə zəmin yaratdı. 
2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutması nəticəsində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Beləliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Azərbaycan Ordusu qətiyyətiylə, döyüş və mənəvi-psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını,“yenilməz ordu” mifini darmadağın etdi. Yenilməz Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Bütün dünya Azərbaycan xalqının nələrə qadir olduğunu bir daha gördü, əsl vətənpərvərliyin şahidi oldu. Bu cür dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən ilham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər. Sürətlə irəliləyən Azərbaycan Ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. Azərbaycanın Yenilməz Ordusu XXI əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı. “Dəmir yumruq” əməliyyatının xarakteri və nəticəsi də göstərdi ki, “Dəmir yumruq” Azərbaycan xalqının və xalq ordu birliyinin rəmzidir. Azərbaycan xalqı və rəşadətli ordumuz son 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub. Bu, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinin və Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı, qüdrəti, rəşadəti, cəsarəti, qəhrəmanlığı eyni zamanda döyüş ruhunun məntiqi nəticəsi idi. Belə bir Yenilməz Ordunun yaradılması isə dövlət başçısının hər zaman diqqət yetirdiyi prioritet istiqamətlərdən biri idi. Ölkə başçısı cənab İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı- canı bahasına. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Ordumuzun gücü hesabına düşmənin kapitulyasiyası əldə olundu. Vətən müharibəsində Azərbaycan Ordusu böyük zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin və mülki əhalimizin qisasını aldıq”. Prezident İlham Əliyev adını, Azərbaycan tarixinə müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan kimi yazdı. Çünki uzun illər tarixi torpaqlarını itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçirilmiş hərbi paradda “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı, Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək – vədi reallığa çevrildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Bu gün cənab İlham Əliyevin yürütdüyü siyasət, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu baxımdan aparılan islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaqla dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması vaxtında aparılan islahatlarla bağlıdır. Prezident cənab İlham Əliyev ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə aslılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsidir”. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım günü kimi qeyd edilməsi qərara alınıb. Əlbəttə, bu Sərəncam da şəhidlərin ruhuna, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür. Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, Şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin. Qarabaq Azərbaycandır! 
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri.

VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI