17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
QÜRBƏT ELDƏ VƏTƏN QOXULU XANIM.
Krım yarımadası Or bərzəxi vasitəsilə materikə birləşir. Yarımadada Krım Respublikası yerləşir. Hələ 1441-ci ildə Girəy nəslindən Hacı xan Krımda xanlıq qurmuşdu. 1475- ci ildə xanlıq Osmanlı imperiyasından asılılığa düşür, 1783- cü ildə Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib, Türkiyəyə köçür. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa çevrilir. Bu günlərdə isə Krımda ruslar, ukraynalılar, Krım tatarları, beloruslar, tatarlar, azərbaycanlılar, və yəhudilər yaşayır. Bu çoxmillətli xalqlar arasında dostluq körpüsü salan, milli mədəniyyətimizi, milli mətbəximizi, milli adət-ənənələrimizi, xalqımızın haqq səsini digər millətlərə yaxından tanıdan qoçaq, vətənpərvər, qorxmaz, həqiqət tərəfdarı, həmyerlimiz ”Rusiya Azərbaycan Qadınları İctimai Birliyi”nin üzvü Arifə xanım Muxtarovadır. Arifə xanım hələ gənc yaşlarından öz fəallığı, ağlı-kamalı, təşəbbüskarlığı ilə həmyaşıdları arasında seçilir. Tale elə gətirir ki, ömrünün çox ilini Krım torpağında yaşayıb , yaratmalı olur. Öz fəallığı ilə qürbət eldə də Vətən naminə işlərini davam etdirir, öz ətrafına xeyli sayda məslək yoldaşı yığaraq nəinki daxili birliyi qoruyub saxlamağa çalışır, eyni zamanda digər millətlər arasında qarşılıqlı diplomatik əlaqələrin qurulmasında yaxından iştirak edir. Arifə xanım hər zaman öz çıxışlarında qeyd edir ki, Qadın sülh rəmzidir! O, hər zaman daxili və qeyri-milli təşkilatlar arasında birliyə , mehribançılığa böyük dəyər verdiyini vurğulayır, haqq yolunda atdığı addımlarından qürur hissi duyduğunu bildirir. Arifə xanım həmişə bacarıqlı, ağıllı , düşüncəli xanımlarımızı müsbət istiqamətə yönəldir və qeyd edir ki, Azərbaycan Qadını bir işin ucundan yapışdısa, sona kimi onu aparıb çıxardacaq.
Hörmətli xanımımız bir çox Vətən mövzulu şeirlərin müəllifidir. Elə söhbətimizi də onun, xalq artisti Əli Nurun Qarabağ torpağında şəhid olan oğluna dediyi "Salam, oğul!" şeirinə cavab yazdığı şeirin son misraları ilə bitirmək istəyirəm.
Salam, Ata!
Biz poladdan yoğrulmuş Polad ƏSGƏRLƏRİYİK, Burda da bircə əmrə TABEYİK!
Durmadan, Dayanmadan,. İRƏLİLƏYİRİK!
Allah cəmi şəhidlərimizə rəhmət etsin. Məkanları cənnət olsun!
Məqalənin müəllifi: Həsənova Sevda Cəfər qızı.
Hörmətlə:
“Rusiya Azərbaycan Qadınları İctimai Birliyi” nin rəhbəri
Qəmbərova Xatirə Arif qızı.
VETENİM-AZERBAYCANDIR.AZ