Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid Cəfərov Zakir onu tanıyanların yaddaşında əbədi qalacaqdır.

Şəhid Cəfərov Zakir onu tanıyanların yaddaşında əbədi qalacaqdır.
22-08-2022, 12:35 502 dəfə baxılıb

Şəhid Cəfərov Zakir Nazim oğlu 3 may 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhəri Nizami rayonu 201 nömrəli tam orta məktəbin 1ci sinfinə daxil olmuşdur. İbtidai təhsilini bu məktəbdə başa vurub. Daha sonra təhsilini Nizami rayonu 109 nömrəli tam orta məktəbdə davam etdirir. 9-cu sinfi bitirdikdən sonra,yəni 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin" Avtomobil yolları və aerodromlarının tikintisi və istismarı" fakultəsinə daxil olur. Oxuduğu 4 il müddətində müəllim və tələbə heyətinin hörmət və sevgisini qazanır. Ömrünün ən gözəl çağlarını bu kollecdə keçirir,çoxlu dost qazanır. Zakir dost yolunda canından keçməyə hazır olan oğul idi. Bu gün onun ailəsi Zakirin dostlara qoyduğu hörmətin qarşılığını görür. Zakir 2015-ci ildə kolleci bitirir. 2016-cı ilin yanvar ayının 7-sində Nizami rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə yola düşür. Arzu etdiyi kimi cəbhə bölgəsində xidmət aparır. Mülki də olduğu kimi hərbi xidmətdə də çevrəsinin böyük hörmətini qazanır. Zakir aprel döyüşlərində də fəal iştirak edir. 2016-ci ilin avqust ayının 7-sində 10 günlük məzuniyyətə gəlir. Bu Zakirin ailəsi ilə sonuncu görüşü olur.  Qeyrətli,mərd oğul anasının onun qulluq etdiyi hərbi hissəyə gəlməsinə icazə vermirdi. Hər dəfə deyirdi: "Gəlməyin,qayıtmağıma az qalıb". Zakirin xidmətinin 13-cü ayı idi. Xocalı faciəsi ərəfəsində düşmən yenə mövqelərimizi  cəbhənin bütün istiqamatlərindən atəşə tutur. 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə Xocavənd-Füzuli istiqamətində hərbi hissənin 4 zabiti və manqa komandiri Zakir Cəfərov kəşfiyyata göndərilir. Zakir 5 nəfərlik kəşfiyyat qrupunun istehkamçısı idi. Bu o deməkdir ki, kəşfiyyata ilk girən də Zakir olub. Ərazini minalardan təmizləyir. Düşmən 5 igid oğula çoxsaylı güllələr yağdırır. Zakir yaralı halda komandirinə tərəf sürünür,onun yarasını sarıyır və onu xilas etmək istəyərkən hər ikisi çoxsaylı güllə yaraları alır. Və beləliklə,2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə Azərbaycan ordusunun 5 ən güclü kəşfiyyatçıları insanlığın ən ali zirvəsi- Şəhidlik zirvəsinə ucalır. Hərbçilərimizin nəşi 2 gün neytral zonada qalır. Fevral ayının 27-si onları götürmək mümkün olur və 28-i hər 5 hərbçimiz böyük izdihamla son mənzilə yola salınır. Ölümündən sonra hər 5 hərbçimiz Cənab Prezidentin sərəncamı ilə 14 oktyabr 2016-cı ildə təsis edilmiş " Şücaətə görə" medalı ilə təltif olunurlar. Zakir bu medala layiq görülən ilk əsgərdir. 21 yaşı tamam olmamış Zakir adını Azərbaycan tarixinə qızıl hərflərlə yazır. Nə qədər ki, Azərbaycan var Zakir daim insanların qəlbində,yaddaşında yaşayacaq.




Allah Rəhmət eləsin!

Əfsanə Əliyeva

VETENİMAZERBAYCANDIR.AZ  

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI