Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan donor ölkəsinə çevilib.

Azərbaycan donor ölkəsinə çevilib.
23-05-2022, 14:11 347 dəfə baxılıb

Azərbaycan donor ölkəsinə çevilib.

Azərbaycan-Litva münasibətləri dərin tarixi köklərə malikdir və iki dövlət üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan-Litva əlaqələri 13 sentyabr 2007-ci il tarixli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq dövlətlərarası münasibətlərin bütün istiqamətləri üzrə uğurla inkişaf edir: “Litva Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində də pozitiv rol oynayır və ölkəmizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı prinsipial, dəyişməz mövqeyə sahibdir. Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaranıb. Hazırda həm Azərbaycan, həm də Litva qarşılıqlı əlaqələrin bir sıra mühüm istiqamətlər, o cümlədən eneri, bərpa olunan enerji, kommunikasiya, təhsil və digər istiqamətlərdə inkişafında maraqlıdırlar. Məlum olduğu kimi, ölkəmiz elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılması istiqamətində, həm işğaldan azad eilmiş yaşayış məntəqələrimizdə, həm də digər ərazilərimizdə mühüm layihələr həyata keçirir. 

Mayın 18-də Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumu keçirildi və bu, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda həmin gün mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında bir sira mühüm və vacib məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.
#YAP #YeniAzərbaycanPartiyası #IlhamAliyev.

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi: Gülər Kərimova.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI