Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aİ Azərbaycanın erməni hərbçiləri təhvil verməsini alqışlayır - Yenilənib

Aİ Azərbaycanın erməni hərbçiləri təhvil verməsini alqışlayır - Yenilənib
7-02-2022, 14:48 188 dəfə baxılıb

“Azərbaycan tərəfindən erməni hərbçilərin Ermənistana təhvil verilməsini alqışlayıram”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz tviter hesabında etdiyi paylaşımda deyib.
Onun sözlərinə görə, bu, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan dördtərəfli görüşdən sonra vacib humanitar jestdir.
Xatırladaq ki, Azərbaycan bu ilin fevralın 7-də 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.
***
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də öz rəsmi tviter hesabında Azərbaycan tərəfindən erməni hərbçilərin qarşı tərəfə təhvil verilməsinə münasibət bildirib.
Ş.Mişel qeyd edib ki, 8 erməni hərbçinin Ermənistana qaytarılması Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşdən sonra müsbət irəliləyişin daha bir göstəricisidir.
“Aİ regionda sabitlik və rifahı dəstəkləyir”, - deyə Şarl Mişel əlavə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI