Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur” - Prezident

Münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur” - Prezident
6-02-2022, 11:48 212 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, dövlət başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.
“Sevindirici haldır ki, bu illər ərzində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir. Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı birgə səylərlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olunacağına əminliyini ifadə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI