Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident Şarl Mişelə təşəkkür etdi

Prezident Şarl Mişelə təşəkkür etdi
16-12-2021, 01:06 142 dəfə baxılıb

Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqdan danışıb.

Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, Prezident bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.
3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.
Dövlət başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq, bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.
Sonda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI