13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi Avropada enerji oyun qaydalarını dəyişir - ideya Avropa diplomatiyasının özündən gəlir…
Vetenim-Azerbaycandir.az
“Cənub Qaz Dəhlizi” Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir. Bu barədə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər. Qeyd olunub ki, tədarükün şaxələndirilməsi və təhlükəsizliyi Avropa İttifaqının enerji sahəsində müzakirə olunan iki vacib mövzudur:
“Cənub Qaz Dəhlizi” həm Xorvatiya, həm də Cənub-Şərqi Avropaya tədarükün şaxələndirilməsi və təhlükəsizliyini təmin edəcək. Bu, Aİ-yə tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir. Bu layihə birmənalı şəkildə bütün Avropa üçün təhlükəsiz şəkildə qaza çıxışı təmin edəcək”.
Avropadan Azərbaycanın təşəbbüskarlığı ilə reallaşan layihəyə verilən bu yüksək qiymətlə bağlı ekspertlər nə düşünür?
İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Cənub Qaz Dəhlizi” Avropanı Xəzər dənizi ilə bağlayan, Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünyamiqyaslı infrastruktur layihəsidir: “İlkin mərhələdə 7 dövləti birləşdirən bu layihədə bu gün 18 dövlət, 19 beynəlxalq şirkət və 5 qlobal maliyyə təsisatı iştirak edir. Maliyyə tutumu 33 milyard dollar olan “Cənub Qaz Dəhlizi” bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlini həyata keçirəcək, bölgəyə və ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək. Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə “Cənub Qaz Dəhlizi”nin strateji məqsədinə nail olundu. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci ilin iyunun 30-dan TANAP-la nəqlinin ardınca ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz “Cənub Qaz Dəhlizi”nin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
- Günay Hüseynova: “Cənub Qaz Dəhlizi” bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək”