Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yalan ayaq tutar, amma yeriməz

Yalan ayaq tutar, amma yeriməz
15-12-2021, 19:04 332 dəfə baxılıb

Məlum olduğu kimi, bu il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib.
Məhkəmə əsaslı olaraq, Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.
Mən ölkəmizdə son illər uğurla bərqərar olan vətəndaş cəmiyyəti fəalı kimi, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını tamamilə bəyənir, alqışlayır və rəsmi İrəvanı məhkəmənin ədalətli qərarını dərhal yerinə yetirməyə çağırıram.
Dünya görür ki, Azərbaycan beynəlxalq qanun və normalara hörmət edən ölkədir. Rəsmi Bakı bu vaxta qədər öz özərinə götürdüyü bütün öhdəlikləri hər zaman yerinə yetirib. Qarşı tərəf, yəni Ermənistan da bunu etməlidir.
Təəssüf ki, Ermənistan sivil, huma­nist dəyərlərə məhəl qoymur. Bunun əsas səbəbi isə odur ki, ermənilər çox­dan qatı millətçilik azarına tutulublar və heç cür bu ağır mərəzdən qurtula bilmirlər. Bu, yanlış yoldur!
Ötən ilin payızında 44 günlük şanlı Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranmışdır. Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edərək, tarixi ədaləti bərpa et­mişdir. Bu gün xalqımız və dövlətimiz əl-ələ verib işğaldan azad olunmuş ərazilərdə yeni şəhərlər, kənd və qəsəbələr salır.
Ermənistan isə tarixi reallıqlarla barışmaq istəmir. Görünən budur ki, oradakı revanşist qüvvələr müharibə ritorikasından hələ də əl çəkməyiblər. Başa düşmürlər ki, öz bəd əməlləri ilə özlərini daha da pis günə qoyurlar, faktiki olaraq Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyurlar.
Dünyada əbədi müharibələr olmur. Cənubi Qafqazda da sülh və sabitlik mütləq tam şəkildə bərpa olunacaq. Sabitlik və təhlükəsizliyin bərqərar olunması regiondakı bütün xalqlara, o cümlədən ermənilərə rifah gətirə bilər. Sülh olmayan yerdə inkişaf və tərəqqi olmur. Ermənistan iqtidarı və xalqı bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır.
Azərbaycan dövləti bölgədə ədalətli sülhün təmin olunması üçün çalışır. Ermənistan da öz növbəsində bu istiqamətdə adekvat addımlar atmalı­dır. Azərbaycan qalib tərəfdir və inkişa­fın lokomotivi rolunda çıxış edir. Vaxt gözləmir. Azərbaycan uzun müddət oturub gözləyə bilməz ki, ermənilər ha­çansa ağıllarını başlarına yığacaqlar.
Bu il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Quba rayonuna səfər etdilər. Cənab İlham Əliyev Quva rayonunun Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşdə İkinci Qarabağ müharibəsinin nəticələri barədə danışarkən demişdir: “Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq”.
Dövlətimizin başçısı sonra vur­ğulayıb ki, yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olun­sun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Bəli, Azərbacyan xoş məram nümayiş etdirir və Ermənistan bundan nəticə çıxarmalıdır.
Sonda bir daha vurğulamaq istəyirəm. Ermənistan dövləti və bu ölkənin başabəla siyasətçiləri, nəhayət başa düşməlidirlər ki, Azərbaycanı saxta ittihamlarla beynəlxalq məhkəmələrə cəlb etməyin heç bir faydası yoxdur. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Necə deyərlər, yalan ayaq tutar, amma yeriməz!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI