Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Naxçıvan DTX-dən Zakir İsmayılovla bağlı açıqlama

Naxçıvan DTX-dən Zakir İsmayılovla bağlı açıqlama
11-12-2021, 14:30 212 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti həbsdə vəfat edən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayıb.

"Vətənim-Azərbaycandır.az" Naxçıvan DTX-nin məlumatını təqdim edir:
"Son vaxtlar təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun vəfatı ilə bağlı yayılmış məlumatlarda o, Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi kimi təqdim olunur.
Bildirilir ki, 5 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş İsmayılov Zakir Əlibala oğlu 1985-ci ildən Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 11 oktyabr 1996-cı il tarixdə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə ezam edilmiş, 20 sentyabr 2003-cü il tarixədək Naxçıvan Muxtar Respublikası  Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin razılığı və Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun (hazırda həbsdə olan) təqdimatı əsasında xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ezam olunub.
Zakir İsmayılov 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi kimi təqaüdə çıxmış və 2018-ci ildə həbs olunub".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI