Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Türkiyə və Azərbaycanla əlaqələrimizə zərər vurulmasına imkan verməməliyik” - Rəisi

“Türkiyə və Azərbaycanla əlaqələrimizə zərər vurulmasına imkan verməməliyik” - Rəisi
28-11-2021, 17:19 161 dəfə baxılıb

"Türkiyə və Azərbaycan ilə əlaqələrimizə zərər vurulmasına imkan verməməliyik. Bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır".

Vətənim-Azərbaycandır.az” AzərTac-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən İran Prezidenti türkiyəli həmkarı ilə görüşdə üçtərəfli əlaqələrin perspektivini müzakirə edib. Bildirib ki, İran həm Türkiyə, həm də Azərbaycan ilə geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələrin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. İran qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Qonşu dövlətlərlə münasibətlərin inkişafı İranın xarici siyasət kursunun prioritet istiqamətidir.
İran Prezidenti diqqətə çatdırıb ki, regionda PKK, İŞİD kimi terror təşkilatlarının fəallaşmasına imkan vermək olmaz və bu mübarizədə birlikdə çıxış etmək daha səmərəli olar.
İbrahim Rəisi onu da vurğulayıb ki, regiondakı problemləri region dövlətləri həll etmək iqtidarına malikdirlər.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI