Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Taliban” türk seriallarına qadağa qoyur

“Taliban” türk seriallarına qadağa qoyur
25-11-2021, 03:55 232 dəfə baxılıb

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” türk seriallarına "müharibə" elan edib.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Taliban” telekanallara qadınların yer aldığı serialların yayımlanmaması göstərişini verib.
Türkiyə istehsalı olan “Kurtlar Vadisi”, “Muhteşem Yüzyıl”, “Çukur”, “Fatmagülün suçu nə” və s. serialları da həmin qadağaya aiddir.
Bu barədə “Taliban”ın Fəziləti və Şəri Qoruma Nazirliyi bəyanat yayıb.
Bildirilir ki, “Taliban”a bağlı nazirlik televiziya kanallarına “dini bələdçi” göndərib və bundan sonra qadınların yer aldığı serial və verilişlərin ləğv edilməsinə çağırış edib.
“Taliban” həmçinin ekran qarşısına çıxacaq qadın jurnalistlərin uyğun hicab taxmasını tələb edib. Bundan başqa İslam və Əfqan dəyərlərinə uyğun gəlməyən film və proqramların da qadağan ediləcəyi açıqlanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI