Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tbilisi Bakı və İrəvana özünün danışıqlar formatını təklif edir.

Tbilisi Bakı və İrəvana özünün danışıqlar formatını təklif edir.
20-11-2021, 11:52 187 dəfə baxılıb

Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistanın Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün “üçlük” çərçivəsində danışıqlar formatının yaradılması təşəbbüsü ilə çıxış edir.

"Vətənim-Azərbaycandır.az” TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla parlamentdə Gürcüstanın XİN rəhbəri David Zalkaliani çıxış edib. 
"Bizim alternativimiz təklif etdiyimiz təşəbbüslərdir, o cümlədən “üçlük” formatı - Cənubi Qafqazın üç ölkəsi. Orada Gürcüstan, Azərbaycan və Ermənistan iştirak edəcək. Tbilisi üç Cənubi Qafqaz ölkəsi arasında dialoq platformasına çevrilməlidir", - deyə gürcü nazir bildirib. 



Onun sözlərinə görə, Tbilisinin qonşu ölkələrə regionda gərginliyin aradan qaldırılmasına və uzunmüddətli perspektivdə sülhün bərqərar olmasına kömək edəcək iqtisadi layihələrdə iştirak təklif etmək ambisiyaları var.
Xatırladaq ki, Zalkalianı dünən Gürcüstanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə “3+3” danışıqlar formatında iştirak etməyəcəyini açıqlamışdı.
 




 Bizi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI