Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Putinin hədiyyə etdiyi təyyarə Böyük Britaniyaya buraxılmadı.

Putinin hədiyyə etdiyi təyyarə Böyük Britaniyaya buraxılmadı.
1-11-2021, 17:50 172 dəfə baxılıb

Qırğızıstan Prezidenti Sadır Japarovun təyyarəsi Böyük Britaniyaya buraxılmayıb.

Vətənim-Azərbaycandır.az” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, buna səbəb ölkə Prezidentinin təyyarəsinin texniki tələblərə cavab verməməsidir.
Qırğızıstanın Prezident Administrasiyası nümayəndəsinin sözlərinə görə, ölkə Prezidentinin uçduğu 1 nömrəli bort - “Tu-154” Avropa İttifaqının və Böyük Britaniyanın texniki qaydalarına uyğun gəlmir. Bununla əlaqədar olaraq, Qırğızıstan tərəfinə sözügedən tip təyyarənin ölkədə yerə enməsinin mümkün olmadığı bildirilib. 
Bunun ardınca, Qırğızıstanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı konfransına qatılmaq üçün özəl təyyarə kirayə götürməli olub. 
“Sputnik”in məlumatına görə, Japarov Qlazqo şəhərinə “Embraer Lineage 1000” biznes-klass özəl təyyarəsində uçub. Ölkə Prezidenti noyabrın 2-si sammitdə çıxış edəcək. 
Qeyd edək ki, 1 nömrəli bort – “Tu-154” Qırğızıstanın keçmiş Prezidenti Kurmanbek Bakiyevə 2006-cı ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən bağışlanıb. Təyyarə 1993-cü ildə buraxılıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) bu gün Şotlandiyanın Qlazqo şəhərində öz işinə başlayıb. Konfrans noyabrın 12-nə qədər davam edəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI