01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Əliyev Bakıya gələn əsir təyyarəsini İrəvana BOŞ QAYTARDI: Putinin Prezidentə zəngindən sonra NƏ BAŞ VERDİ? - ŞOK DETALLAR
Vetenim-Azerbaycandir.az
İlham Əliyevi Putinlə söhbət qane etmədi, yaxud Ermənistan son anda razılaşmanı pozdu. “Əsir” məsələsi ətrafında baş verənlər iki fərqli nəticəni çıxarır.
20:46-də Prezidentin mətbuat xidməti İlham Əliyevlə Putinin telefon söhbəti haqda məlumat yaydı: tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib;
22:16-da “Sputnik armenia” bir qrup “hərbi əsir”in İrəvan yolunda olduğu xəbərini yaydı;
22:47-də Ermənistan tərəfi təyyarənin boş qayıtdığı açıqladı;
Maraqlı proseslər gedir və xəbər axını müəyyən ehtimallar irəli sürməyə imkan verir.
Mümkündür ki, Bakı şərtlərinin bir qisminin yerinə yetirilməsi qarşılığında “əsirlərin” bir neçəsini verməyə razı olub. Moskva görüşündən sonra Rusiya baş prokuroru İqor Krasnovun İrəvanda Paşinyanla görüşü, ardınca Əliyevin görüşünə gəlişi də bununla bağlı olub. Lakin son anda qərar dəyişdirilib.
Birinci versiya: Əliyev Putinlə telefon söhbətindən mənmun olmayıb; Rusiya “İsgəndər – M” məsələsinə, o cümlədən, 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsinə lazımi həssaslıq göstərmir və Bakı qərarından vaz keçərək, təyyarəni boş göndərir, hərçənd, xəbər axının zamanı bu versiyanı zəiflədən məqmalardandır; Əliyevlə Putinin söhbətindən sonra “əsir”lərin qaytarılması xəbəri yayıldı, ardınca təyyarə boş qayıtdı;
İkinci versiya: Putin Paşinyanla məsələləri razılaşdırır, ardınca Bakının şərtlərinin (indiki halda bu şərtin erməni qoşunlarının çıxarılması olması ehtimalı öndədir) yerinə yetirilməsi qarşılığında “əsir”lərin bir qisminin qaytarılması məsələsini Əliyevlə müzakirə edir (Prezidentin mətbuat xidmətinin yaydığı informasiyanın mətni Əliyevlə Putinin söhbətinin müsbət məcrada keçdiyi fikrini gücləndirir) və Bakıda olan təyyarə İrəvana uçmağa hazırlaşır; lakin son anda Ermənistan tərəfi Bakının qərarını dəyişdirəcək, həm də ümumi razılaşmanı pozacaq addım atır;
Hələki ehtimallar bu yöndədir, hərçənd, "nə baş verib" sualı qaranlıq olaraq qalır. Bu kontekstdə Qarabağdan gələcək xəbərlər və qarşıdakı günlərdə baş verən proseslər məsələyə aydınlıq gətirməyə kömək edə bilər.