Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səfirlik daha bir erməni yalanını ifşa etdi.

Səfirlik daha bir erməni yalanını ifşa etdi.
23-10-2021, 20:59 135 dəfə baxılıb

Oktyabrın 23-də bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olması və Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etməsi barədə xəbərlər yayılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən "Vətənim-Azərbaycandır.az"ya verilən məlumata görə, son günlər erməni KİV-i tərəfində “Artsax respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işgüzar səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə məlumatlar həqiqətə uyğun deyil.
Səfirlik adları qeyd olunan şəxslərin Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirdiyini və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslərlə görüşdüklərini, belə səfərlərin yalnız şəxsi xarakter daşıdığını bir daha diqqətə çatdırır, onların rəsmi qəbul edilmədiklərini, Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər hansı siyasi məsləhətləşmələr aparılmadığını vurğulayır.
“Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini güdür”, - deyə məlumatda qeyd olunur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI