Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səhər acqarına su içməyin faydaları

Səhər acqarına su içməyin faydaları
6-04-2022, 05:47 322 dəfə baxılıb

Gecə vaxtı orqanizm bərpa olunur və toksinlər parçalanır. Səhər həmin toksinlər bədəni tərk edir. Siz acqarına bir stəkan su içməklə orqanizminizdə yığılıb qalmış zərərli maddələrin yuyulmasına kömək etmiş olursunuz.

"Vətənim-Azərbaycandır.az" MedikForum saytına istinadla xəbər verir ki, bu, əzələ və qan toxumalarının aktivləşməsinə şərait yaradır.
Acqarına su içmək metabolizmin sürətini 24 faizə qədər artırır. Metabolizmin yüksək olması həzm sisteminin yaxşılaşması deməkdir. Məsələn, əgər siz qidanı tez həzm edirsinizsə, bu halda arıqlamaq xeyli rahat olur.
Suyu soyuq halda deyil, ilıq halda içmək yaxşıdır.
Mədə yanğısı azalır. Həzm pozuntusu mədədə turşuluğun çox olması ilə əlaqədardır. Səhər yuxudan oyanan kimi su içmək həmin turşunu həll edir və mədə yanğısının qarşısını alır. Bundan əlavə, mədə səhər yeməyinə hazırlaşır.
Dərinin və tüklərin vəziyyəti yaxşılaşır. Bədənin susuzlaşması dəridə vaxtından əvvəl qırışlar əmələ gəlməsinə gətirib çıxarır, acqarına su içmək isə qan dövranını stimullaşdırır, dərinin rəngini yaxşılaşdırır. Kifayət qədər maye qəbul edilməsi tüklər üçün də vacibdir, çünki tüklərin çəkisinin dörddəbir hissəsi sudan ibarətdir. Su tükləri daxildən nəmləndirir.
Böyrəklərdə daş əmələ gəlməsinin və sidik kisəsinin infeksiyasının profilaktikası. Səhər yuxudan oyanandan sonra dərhal su içmək böyrəkdə daş əmələ gəlməsinin və sidik kisəsində infeksiya yaranmasının qarşısını almağa kömək edir. Maye mədə şirələrini həll edir, toksinləri orqanizmdən çıxarır.
Acqarına su içmək limfa sisteminin balansını saxlamağa kömək edir, orqanizm patogenlərə və xəstəliklərə davamlı olur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI