Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu dieta və qidalar ürəyi məhv edə bilər - Kardioloq

Bu dieta və qidalar ürəyi məhv edə bilər - Kardioloq
14-10-2021, 09:24 241 dəfə baxılıb

Kardioloq Rivera və dietoloq Ernandes ürəyi öldürən qida vərdişlərini açıqlayıb.

"Ölkə.Az" medicina.az-a istinadla xəbər verir ki, həddən artıq çox yemək, tez-tez yemək, qarının və mədənin dolu olması, eləcə də effektsiz və sübut olunmayan pəhrizlərə kortəbii əməl etmək ürək sağlamlığına zərbə vurur.
Son zamanlar dəbdə olan keto dieta ürək xəstəliklərinə yol açır.
Desert, şirniyyat, dondurmaya meyillilik ürəyin düşmənidir.
Dondurma, pirojna və şirin desertlər ildə 2-3 dəfə, əlamətdar hadisələrdə yeyilsə kifayətdir.
Keto dietada zülalla qidalanma və yağlar xolesterinin səviyyəsini qaldırır.
Arıqlama istəyənlər faydalı yağlar qəbul etməlidir: balıq, avokado, qoz, badam, günəbaxan tumu.
Dietoloq Sabrina Ernandes hər gün kifayət qədər lifli qida qəbul etməyə çağırıb. O, yoğun bağırsağa kömək edir, ürəyə yük düşmür, xolesterini salır.
Lifli qida mənbəyi - kök, alma, meyvələr, çovdar, yulaf, paxlalılardır.
Ürəyini düşünənlər balıq, kətan toxumu, avokado, meyvə, qoz, bitki yağları qəbul etməlidir.
Amma faydalı qidaları da həddən artıq çox yemək olmaz. İnsan nədən nə qədər yeməli olduğunu araşdırıb bilməlidir.
Məsələn, həddən artıq kələm, brokkoli, losos balığı, kürü yemək də xəstəliklərə səbəb olur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI