23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Litvada Azərbaycan tələbələri beynəlxalq mədəniyyət adlı sərgidə iştirak etdilər
Oktyabrın 7-si Litvanın Vilnusda yerləşən Mykolas Romeris Universitetində (MRUNI) əcnəbi tələbələrin iştirakı ilə beynəlxalq tədbir - sərgi keçirilmişdir. Tədbirdə universitetin əcnəbi tələbələri öz milli mədəniyyətlərini nümayiş etdirmişdirlər. Sərgidə Azərbaycan, Türkiyə, Ukrayna, Keniya, İtaliya, Ispaniya, Yaponiya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları iştirak etdilər.
Beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən komanda milli mətbəximizin şah yeməyi olan qaralı plov və üç bacı dolmasını bişirib tədbir iştirakçılarına dadmaq üçün sərgiləmişdirlər. Azərbaycan stentində dövlət atributumuz olan bayraq, pul, o cümlədən Qarabağ tarixi adlı kitab da yer almışdır, Azərbaycanlı tələbələr Yallı rəqsini edərək digər əcnəbiləri də milli rəqsimizin sədaları altında rəqs etməyə dəvət ediblər.
Tədbirdə Litvada təhsil alan Şəms Kamilli (Hüquq və qlobal təhlükəsizlik), Coşqun Mehdiyev (İqtisadiyyat) Şəfa Məlikzadə (İqtisadiyyat), Hüseyn Zairov (Maliyyə) və Rəna Quliyeva (İnformasiya təhlükəsizliyi), Əli Qurbanov (İnformasiya texnologiyaları), Günay Qaralova (Dövlət İdarəetməsi və Biznes), Sevin Mazakoğlu ( Dicital Marketinq və kommunikasiya), Məryəm Xələfova (İqtisadiyyat)
Nigar Cəlilzadə (İqtisadiyyat), Fidan Salmanova (Hüquq) Azərbaycanı təmsil ediblər. Azərbaycan komandasi 1 ci yerə layiq görülərək qalib olublar. Qaliblər MRUNI tərəfindən hədiyyə ilə mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, C.Mehdiyev, Ş.Məlikzadə, Əli Qurbanov, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasından,H.Zairov, M.Xələfova, N.Cəlilzadə Azərbaycan Dövlət İqtisad Universtetindən və Fidan Salmanova ADA Universitetindən ERASMUS proqramı çərçivəsində Litvanın Mykolos Romeyres Universitetinə mübadilə olunublar ŞƏMS KAMİLLİ VİLNÜS ŞƏHƏRİ.
VETENİM-AZƏRBAYCANDIR.AZ