00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
Əlövsət Gülüş oğlu Quliyev, AMEA-nın müxbir üzvü, aqrar elmləri doktoru, professor, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru
Əlövsət Gülüş oğlu Quliyev 1947-ci ildə Sisyan rayonunda ziyalı ailəsində anadan olubdur. 1955-1965-ci illərdə orta məktəbi qurtardıqdan sonra 1965-1970-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olunaraq həmin institutu meliorasiya ixtisası üzrə bitirmişdir.
1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı İdarəsinə göndərilmiş və 1973-cü ilə qədər orada mühəndis, mühəndis meliorator, mühəndis-hidromeliorator işləmişdir.
1973-cü ildən Naxçıvan Dövlət Universitetində coğrafiya kafedrasında müəllim, 1980-1992-ci illər ümumi texniki fənlər üzrə müəllim, baş müəllim, 1992-ci ildən ümumi texniki fənnlər kafedrasıının müdiri vəzifəsində çalışmışdır.
1976-cı ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qiyabi aspiranturaya daxil olmuş və 1984-cü ildə "Naxçıvan muldası torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2008-ci ildə “Naxçıvan MR Arazboyu və dağətəyi torpaqlarının ekomeliorativ qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı almışdır.
2009-cu ildən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən D.01.41 Doktorluq dissertasiya şurasının üzvüdür.
2015-ci ildə - Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur, həmin institutda fəaliyyət göstərən D.01.41 Doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri seçilmişdir. Onun sədrliyi altında 8 doktorluq, 20-dən çox namizədlik dissertasiyaları müdafiə edilmişdir.
2017-ci ildə - Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə AMEA-nın müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyəti - O, qədim Naxçıvan diyarında ilk dəfə olaraq Duzdağ ətrafı ərazilərdə 20 min hektardan çox dellüvial mənşəli şorlaşmış torpaqların əkin dövriyyəsinə qaytarılması və təkrar şorlaşmaya məruz qalan on minlərlə hektar suvarılan torpaqların zərərli duzlardan təmizlənməsini fərdi tədqiqatları əsasında elmi təcrübəyə əsaslanan iqtisadi cəhətdən asan yolunu sübut etmişdir. Naxçıvanda təkrar şorlaşmaya məruz qalmış torpaqların zərərli duzlardan təmizlənməsinə yuyulma aparılmadan suvarma normalarını artırmaq hesabına nail olunmuşdur. Bu gün Duzdağ ətrafı duzlu torpaqların mənimsənilməsinin elmi əsası məhz alimin çoxillik tədqiqatlarına əsaslanaraq dövlət tərəfindən istifadə olunmaqdadır.
Əlövsət Quliyevin ən maraqlı işlərindən biri Azərbaycanda ilk dəfə kəhrizlərin elmi cəhətdən öyrənilməsi, coğrafi yayılması, iqtisadi səmərəsi, inkişaf tarixi, gələcəkdə onların müasir texnologiyaların tətbiqi əsasında istismarıdır. Onun Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Naxçıvan bölməsidə fəaliyyəti böyükdür. Məhz onun müəllifliyi ilə ilk dəfə olaraq “Kəhriz sistemləri və onların bərpası” (Kəhriz təmir və bərpa qrupları üçün metodik vəsait) kitabı nəşr olunmuşdur.
2002-ci ilin avqust ayında Naxçıvan şəhərində Vayxır su anbarına dair müşavirə keçirilərkən Əlövsət Quliyev ulu öndər Heydər Əliyevə Naxçıvan çökəkliyində həyata keçirilən meliorasiya və su təsərrüfatı sahəsindəki işlər barədə məlumat vermiş, inşa olunan Uzunoba, Sirab, Bənəniyar və s. su anbarlarının geoloji amillərin təsiri ilə ekoloji vəziyyətin dəyişilməsinə təsiri və Naxçıvanda qədim tarixə malik kəhrizlərin bərpası ilə əlaqədar müraciət etmişdir. Ulu öndər qaldırılan məsələnin aktuallığını təsdiq edərək aidiyyatı təşkilatlara lazımi göstərişlər vermişdir. Məhz onun nəticəsi olaraq Naxçıvanda “Kəhrizlər idarəsi” yaradılmış, 200-dən çox kəhriz bərpa olunaraq il ərzində 80 mln.m3 su ehtiyatı əldə edilmişdir.
Alim 2006-cı ildən UNESCO-nun “Qədim hidravlik sistemlər-kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinə üzv seçilmişdir.
Eyni zamanda Azərbaycanda kəhrizlər, ovdan və s. üzərində olan qədim memarlıq abidələrinin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarda işləmişdir. Bu abidələrin Dünya İrs Abidələri kimi qorunması və qeydə alınması məsələsini aidiyyatı olan təşkilatlar qarşısında gündəmə çıxarmışdır.
Təltiflər - 2007-ci ildə - çoxillik elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 60 illiyi münasibəti ilə Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən fəxri fərmanla təltif edilmişdir.
2009-cu il Naxçıvan Dövlət Universitetinin elmi şurasının qərarı ilə 2008-ci il elm sahəsindəki nailiyyətlərinə görə "İlin alimi" fəxri adına layiq görülmüşdür.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Elm sahəsindəki nailiyyətlərinə görə" texniki və təbiət elmləri üzrə "İlin alimi" fəxri adına layiq görülmüşdür.
2011-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 2007-2011-ci illər ərzində həyata keçirilən "Kəhriz Layihəsi" çərçivəsində elmi-praktiki materialların və kankan sənətkarlarının hazırlanması sahəsindəki xidmətlərinə görə fəxri fərmanla təltif olunmuşdur.
2011-ci ildə - 2010/2011-ci tədris ilində "Informasya kommunifikasiya texnologiyalarından üstün istifadəyə görə fəxri fərmanla təltif olunmuşdur
2017-ci ildə Azərbaycanda aqrar elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və 70 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif olunmuşdur.
2019-cu ildə Ətraf mühitin və torpaq ehtiyatlarının mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən fəxri fərmanla tərtif edilmişdir.
2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
2020-ci ildə UNESCO -nun AMEA prezidentinə məktubu nəzərə alınaraq 2022-ci ildə Ə.Quliyevin "Azərbaycan kəhrizləri" monoqrafiyası ingilis dilinə tərcümə olunmuşdur.
2022-ci ildə Azərsu ASC-nin tərkibində yaradılmış “Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı içməli su təchizatı sisteminin yaradılması" ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və ilkin layihə sənədlərinin hazırlanması” məqsədi ilə yaradılmış dövlət komissiyasının üzvü kimi layihədə iştirak edir.
2022-ci ildə “Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində ağıllı su sistemlərinin (içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması) məqsədilə yaradılmış dövlət komissiyasının üzvü olaraq layihə işlərində məsləhətçidir.
Alimin institut direktoru kimi fəaliyyəti dövründə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində icra olunan "Çuxurdərə göllərinin qurudulması və landşaftın bərpası” və “Keçmiş Yod Brom Zavodu ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması” layihələri ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bu layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə yerinə yetirilmişdir. Görülən işlərə dair “Çuxurdərə gölləri və keçmiş Yod-Brom Zavodu keçmişi, bu günü (ölkədə aparılan ekoloji siyasətin davamı)” monoqrafiyası (Bakı, 2020. 128 s.) yazılmışdır.
Əlövsət Gülüş oğlu Quliyev respublika daxilində və xaricdə nüfuzlu jurnallarda çıxmış 200-dən çox elmi məqalənin müəllifidir. Alim AMEA Torpaqşünaslıq və Aqrokomya İnstitutunun direktoru kimi ötən illər ərzində səmərəli fəaliyyəti ilə seçilmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə bir sıra mühüm əhəmiyyətə malik layihələr icra edilmişdir.
Əlövsət Gülüş oğlu Quliyevin iyulun 10-da 75 yaşı, elmi təşkilatı fəaliyyətinin 45 ili tamam olur. Elm fədaisinə yaradıcılıq uğurları arzu edirik.
Nailə Orucova
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Aqrar elmləri doktoru dosent