MƏSUDƏ HÜMMƏT
QIZI RÜSTƏMOVA.
1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində anadan
olmuşdur.
Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş,1920-ci ildən Sovet İKP üzvü sıralarına daxil olmuşdur.
1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə işləmişdir.1929-cu ildən,1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri vəzifələrində işləmişdir.1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı vəzifəsində çalışmışdır.1948-ci ilin avqust ayında isə vəfat etmişdir.
Anası Rüstəmova Çöhrə Abış qızı,1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş,1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxozun üzvü və həmin kolxozda işləmişdir.1927-ci ildən Sov. İKP üzvü olub.
Məsudə Rüstəmova 1939-cu ildə Eyvazlı 7-illik məktəbin 1-ci sinfinə daxil olub, 1946-cı ildə həmin məktəbin 7-ci sinfini bitirib,1946-cı ilin sentyabr ayında Qubadlı orta məktəbinə daxil olub,1950-ci dərs ilində həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1950-ci ilin may ayının 30-dan,1958-ci ilin avqust ayına kimi Azarbaycan LKGM Qubadlı rayon komitəsində məktəblər Şöbəsi müdiri və uçot şöbə müdiri vəzifəsində işləmişdir. 1958-ci ildən Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinə daxil olub,1962-ci ildə həmin məktəbi qurtarıb,Qubadlı rayon partiya komitəsinin sərəncamına göndərilmişdir. 1962-ci ilin iyul ayından,1963-cü ilin yanvar ayınn 10-na kimi Qubadı rayon partiya komitəsində təlimatçı vəzifəsində işləmişdir. 1963-ilin yanvar ayından bu Zəngilan
kolxoz-sovxoz istehsalat idarəsi partiya komitasinin katib müavini vəzifəsində
çalışmışdır.1962-63-cü illərdən Məsudə Rüstəmovanın partiya karyerası başlayır və eelə həmin illərdən də,30 yaşlı dişi aslanımız respublikamızın ictimai və siyasi həyatında tanınmağa başladı.Sonralar o, öz işgüzarlığı ilə sübut etdi ki,aslanın erkəyi-dişisi olmaz. Təki el-obaya məhəbbət və canyanğısı
olsun.1964-cü ildə Qubadlı rayonu ilə
Zəngilan rayonu ayrılandan sonra Məsudə xanım Qubadlı Rayon icra Komitəsinin sədri
işləyib.Elə ilk günlərdən böyük işgüzarlıqla çalışaraq çox böyük işlər görmüşdür.
Mehdi Mükərrəmoğlunun Məsudə Rüstəmovanın ömür yoluna ithaf etdiyi "Raykom katibi" kitabindan sətirlər:
"Getdim Ənvər Əlixanovun (o vaxt
Ə.Əlixanov Respublika Nazirlər Sovetinin sədri işləyib) yanına,dedim ispolkomun binası yoxdu.Dedi ki,layihə verərik,tikərsiniz.
Ənvər Əlixanov Qafan tərəfindən idi.Mənə çox kömək elədi,rabitə evi verdi, ikimərtəbəli yaşayış evlərinin tikintisinə icazə verdi, Xanlıq-Qubadlı,Xocahan-Qubadlı yollarını abadlaşdırdıq,Qubadlıda iki orta məktəb tikdirmişdir.Xastaxanadı, raykomun binasıdı, bunlar ispolkom işlədiyi vaxtlarda tikilib.
Rayona su, qaz çəkilməsi də həmin dövrə təsadüf edir".Heydər Əliyev 1969-cu ilin yaynda Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra, o, 1970-ci ilin martında Məsudə Rüstəmovanın Rayon İcraiyyə komitəsinin sədrliyindən,Qubadlı rayon Partiya Komitəsinin birinci katibi seçilməsinə razılıq verir və Məsudə xanım rayonun tam səlahiyyətli vazifə sahibi kimi böyük arzularla işə başlayır. Rayonda həllini
gözləyən bir çox problemlərin həyata keçməsi üçün həm rəhbər,həm də xidmətçi olur.Sadə peşə sahiblərinə,zəhmət
adamlarına,onların qayğılarının müsbət həllinə köməklik edir.Məsudə xanım düz 10 il həmin vəzifədə çalışır,rayonun
sosial-iqtisadi inkişafında yüksək xidmətləri olur.Onun işlədiyi zaman kəsiyində 6 nəfər dövrünün ən yüksək mükafatı olaraq
"Lenin" ordeni alıb.Həmin illər Məsudə Rüstəmovanın da əməyi yüksək dəyərləndirilib.0, iki dəfə "Qırmızı əmək
bayrağı"ordeni və "Oktyabr İnqilabı"ordeni ilaə təltif olunub.Məsudə Rüstəmova Rayon Partiya Komitəsinin birinci katibi
vəzifəsindən çıxandan sonra,bir müddət rayonda Mədəniyyət şöbəsinin müdiri,daha sonra isə rayon əmanət bankının müdiri işləyib.1993-cü ilin avqustun son günündən isə rayon sakinləri kimi talehinə macburi köçkünlük həyatı yazıldı, Bakıda yaşadı,
prezident təqaüdünə layiq görüldü.
Kimliyindən, nəçiliyindən,tutduğu
mövqeindən asılı olmayaraq insanların bir çoxu bir-birindən oxşarsız xislətləri ilə
seçilir və tarixin yaddaşınada unudulmaz olur.Onların yaddaşlarda, qəlblərdə və tarixin səhifələrində yaşayan simaları özündən sonra gələn nəsillərin həyatında yaşayır, anılır,əməllərilə dəyər yaradır.
Cox az adama qismət olur ki, öz yüksək ləyaqətli,yüksək peşəkarlığı,yüksək insani keyfiyyətlərilə bir-birini tamamlayan
ahangarlığına yetişə bilsin.0, baxımdan Məsudə Rüstəmovanın Qubadlı rayon rəhbərliyi tarixində ləyaqətli xidmətləri olanlar arasında öz yeri, öz dəsti -xətti indi də görünür.Məsudə xanımın üstün cəhəti onda idi ki,onun rəhbərlik etmək səriştəsi ilə insani keyfiyyətləri bütövlük yaradırdı.
0, sadə bir ailədən doğulsa da,zəhmətkeş bir dağ oğlunun qızı olmaqla bərabər, özünün bacarığı,enerjisi,təşkilatçılıq
səriştəsi,idarəçilik və rəhbərlik qabiliyyəti, ağlı-dərrakəsi və an ümdəsi insanlığı ilə hörmət-izzət sahibi olub.Bu xüsusiyyəti
onda respublika rəhbərliyi də görüb və ona böyük dəyər,işləmək üçün imkanlar da veribdi.Məsudə xanım ona tapşırılan bütün vozifələrdə gündəlik işini özünün kişi qeyrətilə şərəfləndirdi və onun kişi təpəri, yurd yanğısı,el-oba məhəbbəti,çalışqanlığı və xeyirxahlığı çoxlarını heyran etdi,mat qoydu.Bu yöndə "Raykom katibi" kitabında onu yaxından tanıyanların da ürək sözləri, xatirələri də öz əksini tapıb:
Kamran Hüseynov:
"Məsudə xanımın işlədiyi dövrdə Qubadlıda baş verən dəyişiklikləri,tərəqqini heç kim dana bilməz.10 ilin içərisində camaatın güzəranı xeyli yaxşılaşdı.
Kənd təsərrüfatında böyük yüksəliş oldu."
Siracəddin Həmidov:
"Məsudə xanım Qubadlını yeni görkəmə
salmışdı,rayonumuz inkişaf etmiş rayonlar srasina çatmışdı.."
Bəxtiyar Süleymanov:
"Məsudə xanım camaat arasında böyük nüfuza malik idi.Bu gün onun Qubadlılar tərəfindən sevilməsi,unudulmaması məhz özünün qazandığı hörmətin nəticəsidir
Famil Süleymanov:
Məsudə xanım vəzifəsinə baxmayaraq, camaatın yasında kənd qadınları ilə birlikdə ağladı,insanların qeydinə qalıb sevincinə və kədərinə şərik oldu,sadə adamların toyunda qol götürüb oynadı".
Sabir Yaqubov:
Məsudə müəllimə insanlarla işləməyi
bacarırdı.0, rayonun nüfuzlu adamlarını ümumi mənafei naminə öz ətrafında birləşdirə bilmişdir".
Çərkəz Məmmədov:
"M.Rüstəmova demək olar ki,hər gün kəndlərdə,təsərrüfatlarda olardı.Yerlərdə adamlarla hər gün görüşər,onların problemlərini öyrənər,elə oradaca həll etməyə çalışardı.0, ictimaiyyətlə hər an sıx əlaqədə olurdu".
Razim Oliyev:
Mən rayon partiya komitəsinin 2-ci
katibi işləyərkən Məsudə Rüstəmovanın məslıhətlərini çox eşitmişəm,adamlara münasibətdə,hər kəsin yerini bilməkdə onun
zəngin təcrübəsindən çox bəhrələnmişəm".
Şahsuvar Yahyayev:
" Mən, Məsudə xanımla uzun müddət bir yerdə işləmişəm.Onun xarakterinin,insanlara qarşı münasibətinin,rəhbər kimi işçilərə tələbkarlığının şahidi olmuşam". Ş. Yahyayev daha sonra qeyd edir ki,Məsudə xanım katib
işladiyi zaman,rayon mehmanxanasının, 20 orta məktəbin,40 dan çox uşaq bağçasının və bir çox yaşayış evlərinin tikilməsinə
rəvac verib.
Mafkura Hüseynova:
"Süleyman Rəhimov ona "Qeyrət xanım"deyərdi.Respublikanın sabiq daxili işlər naziri Arif Heydərov ona "Dəmir ledi' deyə müraciət edərdi".
Mahirə Əliyeva:
"Məsudə Rüstəmova düz, təmiz adam olduğundan,əyriliyə,rüşvətə imkan vermədiyindən büdcəyə ayrılan vəsait ancaq Qubadlının inkişafına sərf olunurdu".
Yaşar Fatiyev:
"Məsudə xanım təmiz rəhbər olmaqla.
həm də biz rəislərdən də qanunlara, qaydalara riayat etməyi həmişə tövsiyə və tələb edərdi".
Allahverdi Haqverdiyev:
Məsudə xanım el-obaya vurğun insan idi.. Rayonun rəhbəri olmasına baxmayaraq
xeyirdə-şərdə həmişə iştirak edərdi.
Dədəmiz Qorqud demişkən,gəlimli-gedimli, son ucu ölümlü olan dünyamızda hər kəsin öz ömür payı vardı,bir gün yaranan bir gün dünyadan getməliydi.O,baxımdan Məsudə
xanımın ömrünün sonu 28 yanvar 2010-cu ildə sona yetdi,dünyasını dayişdi,özü getsə də, izi qaldı, xoş əməlləri qaldı ürəklərdə yeri qaldi.Sumqayıtda torpağa tapşırıldı.Məsudə
xanım,özü kimi yüzlərlə məcburi köçkün olub Sumqayıtda dəfn olunanlara qoşuldu, ürəyində min bir arzular və yurd həsrəti,
yurd yanğısı,Vətən sevgisi.
Məsudə Rüstəmova uzun illər partiya işində çalışsa da,yurdunu əsl azərbaycanlı qızı kimi sevdi,vətənimizi qeyrətli bir övlad kimi sevdi. Yaradan,ona uşaqlıq çağlarından ehtiyac
aclarını əmizdirsə də,ömrünün ahıllıq vaxtında köçkün talehi yaşasa da, zaman-zaman doğmalarını vaxtsız-vədəsiz itirsə də,78 il ömür bəxş etdi ona,Qubadlı torpağına əvəzsiz xidmət edən bir ömür.
ALLAH RƏHMƏT ELƏSİN!