Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şair, Əməkdar müəllim Nəcməddin Mürvətov.

Şair, Əməkdar müəllim Nəcməddin Mürvətov.
4-07-2022, 22:44 607 dəfə baxılıb

    ~ Axtarma, arama ~


Axtarma,arama daha yox, məni,
Gəlmə görüşümə xəyalımda da.
Nə olar, başına yığ düşüncəni,
Artırma dərdimi bu halımda da.

Nə etsən qəlbimi ovutmaz daha,
Canımda yanğını soyutmaz daha.
Sənli arzularım boy atmaz daha,
Səbəbsən ağrımda, köks  xalımda da.

Adınla bağlılar gözümdən düşüb,
Nə var aramızda çözümdən düşüb.
Səbrim yetmir artıq dözümdən düşüb,
Ötər bundan beləm bu çalımda da.

Aram ol, barəndə gileyim ki, yox
Xırda bir tələbim, diləyim ki, yox.
Kinim, kidurətim ürəyimdə yox,
Yoxsan söz-söhbətin sualında da.

İndi ixtiyarın özündədir tək,
İstər sevinc yaşa, istərsən qəm çək,
Təkcə bunu saxla yadında bərk- bərk,
Demə: "Bir anını vüsalın dada"

Axtarma,arama daha yox  məni,
Gəlmə görüşümə xəyalımda da.
Nə olar, başına yığ düşüncəni,
Artırma dərdimi bu halımda da.
                               20.05.2022,
        Kim qoymur?

Bizi kim qoymur ki, olaq mehriban,
Çəkək qayğısını biri-birinin?
Həmişə deyib "can" eşidək də "can"
Seçib kəlmə, sözün ən xoş, şirinin?

Kim deyib yadlaşıb duraq gen, uzaq,
Küsək görüşməyək xeyir-şərdə də?
Arxa da durmayaq, olmayaq dayaq,
Şərik də çıxmayaq sevinc, dərdə də?

Qeybət eləməyi tapşıranmı var,
Üzdə bir cür olaq, arxada bir cür?
Yaxşıya nədən de koruq, həm də kar,
Gözümüz ətrafda tək pis, nəhs güdür?

Çətinmi gözləmək ağsaqqal yolu,
Səcdə etməyimiz ağbirçəklərə?
Verə məsləhəti, uğurun bolu
"Döyə qapımızı" bundan hər kərə.

Niyə gözləməyək qanun-qaydanı, 
Düz-dürüst, əymədən "o yan bu yana"?
Onda görmərikmi eyni faydanı,
Etməsək meyl əgər haqdan çəp, yana?

Yığıb, cilovlayıb nəfsimizi ram
Etməsək, törəməz məgər min fəsad?
Mümkünmü olması ruhun heç aram,
Belədə nə şərəf, nə şöhrət, nə ad?

Haqlı saymağımız özümüzü tək,
Deyilmi kökündən ən səhv düşüncə?
Narazı qalmalar yersiz şübhə-şəkk,
Verərmi sonucda bir xoş nəticə?

Bizi kim qoymur ki, olaq mehriban,
Çəkək qayğısını biri-birinin?
Həmişə deyib "can" eşidək də "can",
Seçib kəlmə sözün ən xoş, şirinin.

19.05.2022

       Düzü deyəcəyəm

Necə yaxşı deyim,  de, yamanına,
Bunu məndən umma, gözləmə yox-yox.
Həqiqət donunu zənn-gümanına
Söylə, geyindirib öyümmü çox-çox?

Dostuq? -Nə olar, olsun, bunun fərqi nə,
Nədən bu verməli üstünlük sənə?
Qarşı çıxmağımla haqqı deyənə,
Rəvamı eşidəm belədə tənə.

Varsa etirazın bu düşüncəmə,
Demək ayrı-ayrı adamlarıq biz.
Fikrim bu:-İstəsən İnci, incimə,
Olacaq dəyişməz həmişə şəksiz.

Qazanc gözləyirsən?-Bu istəyinlə,
Mənim şərəfimlə qurub alveri.
Sanırdın deyəcəm "baş üstə"-Dinlə,
Qoymusan adıma ucuz dəyəri.

Sanaq ki, olmayıb belə xahişin,
Eləcə dinləyib eşitmədim də.
Dilərəm, Tanrıdan alına işin,
Qalmaya zərrəcə kəsirdə, kəmdə.

Amma, barəmdə də olma nagüman,
Haqda olacağam bil ki, yanında.
Ayıra bilirəm yaxşı nə, yaman,
Tək bircə baxışda, tək bircə anda.

Dostumsan?- İstərsən lap ol qardaşım,
Düzü deyəcəyəm, dəqiq dürüstü.
Olmaya özümlə davam, savaşım,
Sözümün üzü bir, yox altı, üstü.

Necə yaxşı deyim, de, yamanına,
Bunu məndən umma, gözləmə yox-yox.
Həqiqət donunu zənn-gümanına,
Söylə, geyindirib öyümmü çox-çox?

26.04.2022

     Verdiyim söz

Unutmaram, yox heç zaman,
Kiməsə verdiyim sözü.
Nə bəhanəm, nə and-aman
Olmur, keçir işin düzü.

Gecikdirsəm lap azacıq,
Utanıram, darılıram.
Ürəyimdən çıxa acıq,
Ağrılarım olmur ki ram.

Qınanan da, öyülən də,
Bax, belədə özüməm tək.
Səhvlərindən söyülən də
Yenə özüm, yox buna şəkk.

Vicdanımdan gələr qərar,
Bərpa edə ədaləti.
Etirafla çəkdirir car,
Çəkdirməyə xəcaləti.

Şəriksizəm, təkcə, tənha,
Çıxarımda, gəlirimdə.
Ümidim bircə Allaha,
Bu işimdən kəsir-kəmdə.

Unutmaram, yox heç zaman,
Kiməsə verdiyim sözü.
Nə bəhanəm, nə and-aman
Olmur, keçir işin düzü.

17.04.2022

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.azxəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI