Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vangelis dünyasını dəyişdi

Vangelis dünyasını dəyişdi
19-05-2022, 22:15 32 dəfə baxılıb

Dünya şöhrətli yunan bəstəkarı, bir çox filmlərin musiqi müəllifi Vangelis vəfat edib.


Vətənim-Azərbaycandır.az” “RT” kanalına istinadən xəbər verir ki, Vangelis kimi tanınan Evangelos Odisseas Papatanasiou 79 yaşında vəfat edib. O, Fransada xəstəxanaların birində koronavirusdan müalicə alırdı. 

Vangelis elektron musiqinin ilk müəlliflərindən və ifaçılarından biri olub. 

Vangelis 60-cı illərdə Yunanıstanda məşhur olan “Forminx” qrupunu yaratdı. 1968-ci ildə Parisə köçüb və orada Demis Russosla birlikdə yaratdığı və o dövrdə Avropanın ən məşhur qrupu olan “Afrodita uşağı” qrupu ilə 3 il əməkdaşlıq edib. 1975-ci ildə Vangelis Londona köçüb. O, Londonda “Nemo Studios” adlı ən müasir səsyazma studiyasını yaratdı.

Vangelis “Od arabaları” filminin musiqisindən əlavə, “Blade Runner”, “İsgəndər”, “İtkin”, “Antarktida”, “1492: Kristofer Kolumb”, “El Qreko” və s. filmlərə musiqi yazıb. 

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bəstəkarın ölümü ilə əlaqədar başsağlığı verib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI