01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Vətən mənə oğul desə,nə dərdim?! Mamır olub qayasında bitərdim..
Çağdaş Azərbaycan Kültür dərnəyinin başkanı Camal Məmmədxanoğlu,başkan köməkçisi Murtaza Karaçantanın təşəbbüsü ilə dərnəyin Azərbaycan üzərə rəhbəri şairə-publisist Nəsibə İsrafilqızı Azərbaycan Yazıçılar Birliyinin,Natavan klubunda yazıçı publisist Oktay Ərgünəşin və yazıçı Pərvanə Mehmanqızının Azərbaycan Milli Qəhrəmanı olan Şükür Həmidova həsr olunmuş "Vətən Sənə Oğul dedi" kitabının təqdimatını keçirib.
Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin sədr müavini şair Rəşad Məcid açdı.Tədbirdə Qarabağ uğrunda döyüşlərdə şəhid olan vətən övladlarımızın əzuz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra söz Qubadlı yazarlar birliyinin sədri Namiq Mənaya verildi.
44 günlük müharibə qəhrəmanlarımız biran belə olsun unudulmur.Bu gün əgər ki,biz torpağın üstündə rahat,firavan yaşaya biliriksə bu,torpağın altında uyuyan şəhidlərimizin sayəsindədir.
Onlardan biri də Şəhid polkovnik Şükür Həmidovdur..Qubadlının şəhid övladı..Ürəyində torpaq nisgili daşıyan Milli Qəhrəmanımız..Ən böyük arzusu idi Qubadlını azad görmək..
Müharibənin yeni-yeni alovlandığı 1990-cı ildə Şükür Həmidov sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir.1993-cü ildə oradan məzun olan Şükür Həmidov, həmin ildəcə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verir.Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirir.
2006-cı ilin avqustundan isə Şükür Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olur. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurur...
"Qubadlının azad olduğunu görmək üçün canımı verməyə hazıram"deyən Şəhid Milli Qəhrəmanımız öz arzusuna çatır, Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də səhər radələrində Qubadlı rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olur..
Təqdimat mərasimində Milli Qəhrəmanımızın atası Nəriman Həmidov, həyat yoldaşı Könül xanım, qardaşı Əsəd Həmidov, hərbiçilər,zabitlər, qazilər həmçinin yazarlar, akademiklər, filologiya elmlər doktoru İmaməddin Zəkiyev, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov,döyüş yoldaşları polkovnik Elmar Hüseynov, polkovnik Neymət Məmmədov,polkovnik-leytenant Şahin Ağayev,polkovnik -leytenant Bəhrəm Abdullayev,mayor İntiqam Əmirov,mayor Adilov Elşən,Peşə təhsili və İnsan kapitalı jurnalının baş redaktoru Şahbaz Balakişiyev, araşdırmaçı tarixçi Nazim Tapdıqoğlu, Ağdaş təhsil işçiləri Evinin rəhbəri Nargilə Dosməmmədova, Milli Qəhrəmanlar Birliyinin sədri Hacı Ədaıət iştirak edirdilər.Tədbirdə söz alan iştirakçılar Milli Qəhrəmanımız haqqında öz ürək sözlərini bildirdilər.
Şairə-puplisist Nəsibə İsrafilqızı öz çıxışında Milli Qəhrəmanın atası Nəriman Həmidova öz ürək sözlərini dilə gətirdi.
Azərbaycan-Türkiyə jurnalının təsisçi redaktoru Anna Şahbazqızı və baş redaktor Zərnişan Turan öz çıxışlarında Milli Qəhrəmanımızın ömür yolundan bəhs etdilər.
Sonda tədbir iştirakçıları Milli Qəhrəmanın ailə üzvləri ilə xatirə fotosu çəkdiriblər.
Şəhidimizin ailə üzvləri və "Vətən sənə oğul dedi" kitabının müəllifləri Çağdaş Azərbaycan Kültür Dərnəyinin başkanı Camal Məmmədxanoğluna,başkan köməkçisi Murtaza Karaçantaya və dərnəyin Azərbaycan üzərə rəhbəri şairə-publisist Nəsibə İsrafilqızına təşəkkürlərini bildiriblər.
Azərbaycanın Milli Qəhrəmanı , polkovnik Şükür Nəriman oğlu Həmidov şəhidlik zirvəsinə ucalaraq adını Azərbaycan Qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazdırmışdır..
Şəhidlər Ölməz,Vətən Bölünməz!!!
ÇİNARƏ SEYRAN