20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Sumqayıt Musiqi Kollecində Xalq artisti, mərhum xanəndə Canəli Əkbərovun xatirə gecəsi keçirilib
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində
Azərbaycanın xalq artisti Şərəf, Şöhrət və 1-ci dərəcəli "Əmək" ordenli, professor, mərhum xanəndə Canəli Əkbərovun xatirə gecəsi keçirilib.Tədbiri giriş sözü ilə açan,Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva bildirib ki, muğamlarımız əsrlərin içindən bizə gəlib çıxan milli- mənəvi sərvətimizdir.Muğam mənəvi kamillik yoludur. Canəli Əkbərov 1992-ci ildən Bakı Musiqi Kollecində muğam ifaçılığından dərs deməyə başlamış və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, elmi şurasının üzvü, Muğam ifaçılığı kafedrası yarandığı gündən ömrünün sonuna kimi bu kafedranın müdiri vəzifələrində çalışmışdır.Universitetdə işlədiyi son 20 il ərzində bir neçə nəsil muğam xanəndələri yetişdirmişdir. Daha sonra söz,”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadəyə verildi. Tofiq Əli-zadə bildirdi ki, xalq artisti, xanəndə, professor Canəli Əkbərovun, Azərbaycan muğam sənətinin bu günkü inkişafında xidmətləri cox böyük olmuşdur. Belə ki ,o, 1960-cı illərdən başlayaraq, müəllimləri olmuş, Seyid Şuşalı və Xan Şuşalıdan milli muğam sənətinin qayda-qanunlarını mənimsəyərək,öz ifaçılıq qabiliyyətini daima təkmilləşdirmiş, dünyanın bir cox ölkələrində Azərbaycan muğam ifaçılığı mədəniyyətini layiqincə təbliğ etmiş,beynəlxaq muğam festivallarında böyük şöhrətlə iştirak etmişdir.opera və teatr səhnəsində də bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov-“Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev-“Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) və başqa operalarda özünə məxsus və yadda qalan obrazlar yaratmış, daha sonralar, ömrünün sonlarına qədər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin“Muğam sənəti”kafedrasının müdiri vəzifəsində çalışmışdır.Canəli Əkbərovun, Azərbaycan muğam sənətinin bu günkü inkişafında xidmətləri cox böyük olmuşdur.Vaxtı ilə, tələbələri olmuş Gülyaz və Gülyanaq Məmmədovaların, Mələkxanım Əyyubovanın, Bəsti Sevdiyevanın, Zabit Nəbizadənin, Mənsum İbrahimovun, Babək Niftəliyevin, Sahib İbrahimovun, Ehtiram Hüseynovun adlarını çəkmək olar.Bu gün isə, Canəli Əkbərovun tələbələri olmuş bu sənətçilər,artıq xalq və əməkdar artistlər olaraq, özləri muğam ifaçılığından dərs deyirlər.Tədbirdə iştirak edən,sənətşunaslıq doktoru Səadət Təhmiraz qızı, Azərbaycanın Əməkdar artisti Təhmiraz Şirinov, Sumqayit musiqi kollecinin müəllimi, Azərbaycanın əməkdar müəllimi Abdul Həşimov, Musiqi Kollecinin direktor müavini, Kamran Süleymanov, “Vətənim-Azərbaycandır.az" saytının Baş Redaktoru Kamran Orucov, Canəli Əkəbərovun qardaşı Tərlan Əkbərov, yaxın qohumları Nurəddin Salayev, Aqil Əkbərov, tələbələri olmuş xanəndələr və başqa ziyalılar görkəmli muğam ustası olmuş, mərhum xanəndə Canəli Əkbərovla bağlı xatirələrini danışdılar və tələbələrinin ifalarında muğam parçaları səsləndi.Tədbirin sonunda Canəli Əkbərovun ailəsi adından çıxış edənlərdən, qardaşı Tərlan Əkbərov xatirə gecəsinin təşkilinə görə,”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadəyə və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.