Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

7-ci sinif şagirdinin vətən sevgisi...

7-ci sinif şagirdinin  vətən sevgisi...
4-06-2021, 23:30 571 dəfə baxılıb

VƏTƏN
Vətən bizim anamız,
Vətən bizim yuvamız.
Bizə qol-qanad gərən,
Müqəddəs məkanımız.

Buruqları,yaylağı,
Yamyaşıldır oylağı.
Dənizləri,gölləri,
Bitmir gözəllikləri.

Bərəkətli torpağı,
İgid,mərd oğulları.
Ceyrangözlü qızları,
Bu vətən övladları.

Bu vətəndə yetiriş,
Müəllimlər,həkimlər.
Bu vətəndə yetişir,
Yazıçılar,şairlər

Vətənimin fəxridir,
Dahi şəxsiyyətləri.
Unudulmur heç zaman,
Vətənim yad eləyir.

Üçrəngli bayrağıyla,
Tanınır vətənimiz.
Valeh edir hamını,
Azərbaycan bayrağı.

Budur mənim Vətənim,
Azərbaycan dövlətim,
Fəxr edirəm hər zaman
Bu vətən övladıyam


BAYRAQ??
Azərbaycan bayrağı,
Yüksəklərə qalxdıqca.
Tanınır dövlətimiz,
Bu an fəxr edirik biz.

Nə gözəl rəngləri var,
Qürurla söyləyirik.
Ayparanı,ulduzu,
Fərəhlə izlıyirik.

Bu bayraq sayəsində,
Dövlətimiz tanınır.
Yüksəklərə qalxdıqca,
Dəniztək dalğalanır

Üçrəngli bayrağımız,
İnanırıq hamımız
Bir gün dalğalanacaq 
Qarabağda, Şuşada.

Xəlilli Xədicə Ramil qızı
2008 avqustun 15 
Sumqayıt şəhər 13 nömrəli orta məktəbin 7b sinif

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI