Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Özəl şirkətlər çətin durumda...

Özəl şirkətlər çətin durumda...
1-04-2022, 14:33 187 dəfə baxılıb

Dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyərinin durmadan yüksəlməsi Azərbaycanda və region ölkələrində də özünü göstərir. Xüsusilə son aylarda qiymət artımının səviyyəsi ciddi şəkildə hiss edilir. Hazırkı şəraitdə Azərbaycanda qiymət artımının olmadığı nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir.

Belə ki, metro və avtobuslarda gediş haqqı hələ ki, artırılmayıb. Bunun da səbəbi bu sahəyə sərt dövlət nəzarətinin olması, qiymətlərin dövlət qurumu, yəni Qiymət Şurası tərəfindən təyin edilməsidir. Bununla belə ictimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər artması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb.
Qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, 2022-ci ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb. Belə ki, Türkiyənin Ankara şəhərində ictimai nəqliyyat xidməti 44 faiz, Gürcüstanda 2 dəfə, İranın Təbriz şəhərində 30 faiz, Rusiya paytaxtında isə 15 faiz nisbətində artırılıb.
Bir çox ölkələrdə ictimai nəqliyyat sırf dövlət dotasiyası hesabına fəaliyyət göstərir. Azərbaycanda isə Bakı Metropoliteni hər il dövlət büdcəsindən böyük miqdarda dotasiya alır. Metropolitenin sərnişinlərdən topladığı vəsait isə heç vaxt öz xərclərini təmin etmək üçün kifayət etməyib. Bundan başqa dövlətə məxsus olan və 2015-ci ildən fəaliyyət göstərən “Bakubus” MMC dövlət zəmanəti əsasında fəaliyyətini təmin etməkdədir. Yerdə qalan özəl şirkətlər isə heç bir dəstək almamaqla yanaşı, bahalaşan şərtlər altında fəaliyyətini davam etdirmək məcburiyyətindədir.
Əldə etdiyimiz məlumata görə, sərnişindaşıma fəaliyyəti göstərən özəl şirkətlər dövlət qurumlarına zərərin qarşılanması ilə bağlı müraciət ünvanlayıblar. Kollektiv müraciətlə çıxış edən şirkətlər eyni zamanda Tarif Şurasına da gediş haqqının artırılması ilə bağlı müraciət təqdim ediblər.
Qeyd edək ki, son illərdə özəl şirkətlərə nəqliyyat vasitələrinin yenilənməsi, müəyyən edilmiş tələblərə cavab verməsi ilə bağlı dövlət qurumları tərəfindən, eləcə də cəmiyyətdən təzyiqlər edilir. Buna baxmayaraq xərcin çoxluğu səbəbindən, eləcə də şirkətlərə dövlət qurumları tərəfindən dəstəyin göstərilməməsi, kredit almaq üçün lazım olan sənədləşmələrin edilməməsi, müvafiq lisenziyaların verilməməsi özəl şirkətlərin banklardan kredit cəlb edərək fəaliyyətini mümkünsüz edib. Tək-tük belə şirkətlər var ki, onlar avtobus parkını investisiya cəlb etməklə yeniləyə bilirlər. Onlar da hazırki şəraitdə dövlətdən heç bir dəstək ala bilməmələri səbəbindən böyük çətinliklərlə qarşılaşıblar. Bu səbəbdən də özəl şirkətlərin dövlət qurumları qarşısında məsələ qaldırdığı bildirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI