Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şabran şəhər Bayraq Meydanında yerləşən süni örtüklü mini stadionda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ,mini futbol idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir.

Şabran şəhər Bayraq Meydanında yerləşən süni örtüklü mini stadionda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ,mini futbol idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir.
8-07-2022, 12:15 475 dəfə baxılıb

07 iyul 2022-ci il tarixdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şabran şəhər Bayraq Meydanında yerləşən süni örtüklü mini stadionda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, mini-futbol idman növünün rayonda təbliğ edilməsi, idarə, müəssisə və təşkilatlarda çalışanların sağlamlıqlarının qorunmasından ibarətdir.

Finalda qarşılaşan komandalar və nəticələr:

 Səba 1(3) - 1(1) Lokomotiv

Yarışın final mərhələsi və təltifetmə mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov, Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, rayon Bələdiyyəsinin sədri Qəhrəman Quliyev, şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları iştirak etmişdir.

Yarışda ümumilikdə 16 idarə, müəssisə və təşkilat iştirak etmişdir. Yarış 07 iyun -07 iyul 2022-ci il tarixlərində təşkil edilmişdir.

 Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI