Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şabran rayon üzre Futbol çempionatının final mərhələsi kecrilib.

Şabran rayon üzre Futbol çempionatının final mərhələsi kecrilib.
6-05-2022, 19:16 551 dəfə baxılıb

Futbol üzrə böyüklər arasında rayon çempionatının final mərhələsi keçirildi.


06 may 2022-ci il tarixdə Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şabran şəhər "Bayraq Meydanı"nda yerləşən süni örtüklü mini meydançada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş futbol idman növü üzrə böyüklər arası rayon çempionatının final mərhələsi keçirildi.

Final mərhələsində Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, rayon hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Final mərhələsində qarşılaşan komandalar:

Çıraqqala 4 - 2 Şahinlər

Qalib komandalar Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və fəxri fərmanlarla təltif 
olunmuşlar.
Vətənim-Azərbaycandır.az sayıtının Şabran rayonu üzrə nümayəndəsi Atayeva Günay.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI