Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DÇ-nin pley-off mərhələsinin püşkü atıldı.

DÇ-nin pley-off mərhələsinin püşkü atıldı.
27-11-2021, 01:50 268 dəfə baxılıb

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil edilən püşkatma saat 20:00-da başlayıb. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanıb.
Püşkə əsasən aşağıdakı komandalar üz-üzə gələcək:
A yolu
Yarımfinal
1. Şotlandiya - Ukrayna
2. Uels - Avstriya
Final
1 cütünün qalibi - 2 cütünün qalibi
B yolu
Yarımfinal
1. Rusiya - Polşa
2. İsveç - Çexiya
Final
1 cütünün qalibi - 2 cütünün qalibi
C yolu
Yarımfinal
1. İtaliya - Şimali Makedoniya
2. Portuqaliya - Türkiyə
Final
1 cütünün qalibi - 2 cütünün qalibi
Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq.
Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.
Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI