Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mahir qol vurdu, “Dinamo” qalib gəldi

Mahir qol vurdu, “Dinamo” qalib gəldi
29-06-2022, 04:40 171 dəfə baxılıb

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün yoxlama oyununa çıxıb. 


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşıb.

Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.

Xatırladaq ki, Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib. Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli həmin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI